Aktual

“Taliban” Pəncşirdəki müqavimət ordusunu mühasirəyə aldı

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması Pəncşir vilayətindəki müqavimət qüvvələrini mühasirəyə alıb. TASS- xəbər verir ki, ölkə ərazisində “Taliban”a tabe olmayan Pəncşir bölgəsi mühasirəyə alınıb.

Bildirilib ki, “Taliban” məsələni sülh yolu ilə nizamlanmaya çalışır.

Pəncşirdə Əhməd Məsud və vitse-prezident Əmənulla Salehin müqavimət qüvvələri “Taliban”a qarşı mübarizə üçün toplaşıblar.

Qeyd edək ki, Əfqanıstanda ən mürəkkəb relyefə malik əyalət – 140 mindən çox əhalisi olan Pəncşir, Kabildən çox da uzaqda deyil. Pəncşir, ölkədə taliblərin nəzarətinə keçməyən yeganə əyalətdir. “Taliban”, hətta 1990 -cı illərdə Əfqanıstanda ilk dəfə hakimiyyəti ələ keçirilərkən buna nail ola bilməyib. Buna görə, əyalət coğrafi mövqeyi baxımından strateji əhəmiyyətə malikdir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button