Aktual

Almaniyaya qaçan türmə rəisi vəzifəli şəxslərin qohumu çıxdı – Şok təfərrüat

Almaniyaya qaçan türmə rəisi vəzifəli şəxslərin qohumu çıxdı - Şok təfərrüatBu günlərdə, Ədliyyə Nazirliyinin tabeçiliyində olan Penitensiar Xidmətdə yüksək vəzifə daşmış bir nəfərin Avropada siyası sığınacaq alması ilə bağlı yayılan xəbər böyük rezonansa səbəb oldu. Sosial şəbəkələrdə aparılan müzakirələrdən məlum oldu ki, Almaniyaya pənah aparan Elçin Əkbərov adlı şəxs Azərbaycanda 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

Strateq.az mövzunun aktuallığını nəzərə alaraq, Elçin Əkbərov barəsində araşdırma aparıb. Məlum olub ki, Elçin Əkbərovun Almaniyada yerləşməsinə Mehdi Xəlilbəyli adında siyasi mühacir köməklik edib. Qeyd edək ki, Mehdi Xəlilbəyli barəsində Azərbaycanın hüquq – mühafizə orqanları tərəfindən axtarış elan edilib. O, 2003-cü ildə Müsavat Partiyasının qərargahı qarşısında \”Lider” telekanalının jurnalisti Sahil Kərimlinin döyülməsində təqsirli bilinir.

Mehdi Xəlilbəyli ilə hazırda siyasi sığınacaq alan Elçin Əkbərovun arasında yaxın dostluq münasibəti olub. Onların hər ikisi əslən Şərur rayonundandırlar.

Qeyd edək ki, Elçin Əkbərovun Azərbaycanda işləri pis getməyib. Onun mənsub olduğu ailənin hazırkı hakimiyyətlə heç bir kəsişən marağı olmayıb. Əslən Şərur rayonunun Yuxarı Daşarx kəndindən olan Elçinin anası Nigar xanım fəal YAP-çılardan sayılır. Mühacirin anası uzun müddət Şərur rayonun Təhsil Şöbəsinə rəhbərlik edib. Onun Mahir Əkbərov adlı qardaşı isə, hazırda polis orqanlarında rəhbər vəzifədə çalışır. Bizə məlumat verən mənbənin sözlərinə görə, paytaxta böyük biznes obyektləri olan Elçin Əkbərovun mühacirətə getməsinin kökündə siyasi maraqların durması inadırıcı görünmür: \”Hakimiyyət tərəfindən sıxışdırlan adamın belə var-dövləti olar?

Axtarışda olan zaman Mehdi Xəlilbəylinin ölkədən çıxarılmasında Elçinin böyük rolu olub. Onların münasibəti sonra da davam edirdi. Əsasən də, bahalı avtomobillərin Almaniyadan ölkəyə gətirilib satılması sahəsində müştərək biznesləri olub. Onun general Mədət Quliyevlə ziddiyətinin olması (Qeyd edək ki, onun general Mədət Quliyevə qarşıdurma üzündən ölkəni tərk etdiyi bildirilib – Mia.az) səbəbindən ölkəni tərk etməsi inandırıcı görünmür. Elçinin Almaniyada məskunlaşmasına da məhz Mehdi kömək edib”.

Məlum olub ki, Elçin Əkbərovun hakimiyyət daxilində böyük himəyadarları var. Hətta o səviyyədə ki, sabiq rəis 90-cı illərdə həmin dövrün məşhur \”Laləndə” restoranında münaqişə zəmnində öz tabel silahı ilə iki nəfəri güləlləyərək ağır yaralamışdı. Buna baxmayaraq, sabiq rəis nəinki məsuliyyətə cəlb edildi, hətta həmin hadisədən sonra, onun karyerasında yüksəliş baş verdi.

Elçin Əkbərovun əslən Şərur rayonundan olan Ali Məhkəmənin sabiq rəhbəri Südabə Həsənova ilə heç bir qohumluq əlaqəsi yoxdur. Mənbəmizin dediyinə görə, Elçinin karyerasındakı yüksəliş Südabə Həsənovanın tabeçiliyində olan qurumlarda çalışdığı dövrə təsadüf etsə də, onlar arasında qan qohumluğu yoxdur: \” Belə xəbərlər yayılır, ancaq bütün şərurlular bilir ki, onlar qohum deyil. Ancaq Elçinin hazırda yüksək vəzifə tutanların arasında qohumları az deyil. Məsələn, Elçin Əkbərov \”Azərkitab”-ın sabiq rəhbəri Əlvan Ağayevin doğma bacıoğlusudur”.

Strateq.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, mühacir \”rəisin” dayısı olan Ağayev Əlvan Həsən oğlu hazırda Milli Televiziya və Radio Şurasında mühim vəzifə tutur.

Qeyd edək ki, Elçin Əkbərovun hakimiyyətdəki qohumluq zənciri yalnız Əlvan Ağayevlə məhdudlaşmır və daha yuxarılara gedib çıxır…

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button