Aktual

“İran maşınları Ermənistanla sərhədi keçə bilmir“ – Rəsmi Tehrandan açıqlama

Gorus-Qafan beynəlxalq tranzit yolunun qapanması İrandan Ermənistana yükdaşımalarının dayanmasına səbəb olub.

Yenisabah.az “Fars News”a istinadla xəbər verir ki, bunu İran Gömrük İdarəsi də təsdiqləyib.

İdarəninn sözçüsü Ruhullah Lətifi bildirib: “İrandan Ermənistana uzanan quru yolunun bir hissəsi (Gorus-Qapan yolu) Azərbaycan Respublikasının qüvvələri tərəfindən bloklanıb. İrəvan rəsmiləri hazırda bununla bağlı Bakı ilə danışıqlar aparır”.

Gömrük sözçüsünün sözlərinə görə, sərnişin və yük daşıyan maşınları Şərqi Azərbaycandakı Nordoz sərhəd keçidinə getməzdən əvvəl bu marşrutun Ermənistanda açıq olduğundan əmin olmalıdır və yalnız bundan sonra həmin istiqamətdə hərəkət etməlidir.

Xatırladaq ki, Gorus-Qafan yolu 2 gündür ki, Azərbaycan ordusunun əsgərləri tərəfindən bağlanılıb. Buna səbəb erməni silahlı qüvvələrinin sərhədçilərimizə hücumudur.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button