Aktual

Sabah Azərbaycanda yağışlı hava gözlənilir

Sentyabrın 3-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən virtualaz.org-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25°, gündüz 27-30°, Bakıda gecə 23-25°, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24°, gündüz 30-35°, dağlarda gecə 11-16°, gündüz 18-22° isti gözlənilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button