Aktual

Həbsdə olan icra başçısı koronavirusa yoluxdu: Vəziyyəti ağırdır

Vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev koronavirusa yoluxub.

“SAVAŞ” xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, vəziyyətində ağırlaşmalar olduğundan o, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına yerləşdirilib.

İlkin məlumatlara görə, süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunur. Həkimlərin rəyinə əsasən, o, şəkər, hipertoniya, ürək çatışmazlığı və bu kimi digər ciddi yanaşı xroniki xəstəliklərdən də əziyyət çəkir.

Məlumatı onun vəkili təsdiq edib.

Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyev Gəncə İstintaq Təcridxanasında koronavirusa yoluxub.

Sentyabrın 7-də səhhəti pisləşən sabiq icra başçısı Gəncə modul tipli xəstəxanaya yerləşdirilsə də, sentyabrın 8-də orada dünyasını dəyişib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button