Aktual

Azərbaycanda dünya çempionu narkotikə görə həbs edildi

Dünya və Avropa çempionu Xəyyam Səfixanov həbs edilib.

Savash.org xəbər verir ki, X. Səfixanov narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib. X.Səfixanov Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən heroin, metafitamin və tramadol həbi aşkar edilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb və məhkəmə tərəfindən X. Səfixanov barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, X.Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub.

X.Səfixanov kriminal aləmdə “Razin Xəyyam” kimi də tanınır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button