Aktual

Məhkəmə sədrinin oğluna qarşı şok ittiham

Məhkəmə sədrinin oğluna qarşı şok ittihamGəncə Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədovla bağlı redaksiyamıza şok məlumat daxil olub.

Hələki adının çəkilməsini istəməyən şəxs hakim və onun oğlu Kənan Məmmədov tərəfindən mənəvi terrora məruz qaldığını, 14 il vətəndaş nikahı ilə birgə yaşadığı qadından ayrılmaq məcburiyyəti qarşısında qoyulduğunu bildirir: \”Biz S.M ilə 14 ildir bir-birimizi sevirik. Kəbinimiz var və bir yerdə yaşayırıq. Mən S.T-yə(ad şərtidir-red) ev almışam, maşın bağışlamışam. Daim bir yerdə yaşamışıq. S.M 12 il əvvəl Rafiq Məmmədovun oğlu Kənanla eyni vaxtda Bakı Dövlət Universitetinin hüquq fakültəsində bir yerdə təhsil alıblar. İndi Kənan və atası səlahiyyətlərinin, var-dövlətlərinin gücü ilə zorla bizi ayırmaq istəyirlər. S.T-nın valideynlərini də pulla ələ alıblar. Valideynləri isə qıza təsir edir və bizim görüşməyimizə icazə vermirlər. Faktiki olaraq, məni öz aldığım evə buraxmırlar. S.M Kənanla ailə qurmaq istəmir. Ancaq onu öz istəyinin ziddinə olaraq, Kənana vermək istəyirlər. Faktki olaraq, bizi təcrid ediblər. Telefonla belə danışmağımıza imkan vermirlər. Bir sözlə, insan müqəddəratının etibar edildiyi məhkəmə sədri və onun oğlu həyatımıza müdaxilə edir. S.M.-nın iradəsinin ziddinə olaraq, artıq nişan da təyin edilib və mayın 22-də Mirəli Qaşüay küçəsində yerləşən \”Zoğal\” restoranında baş tutacaq. Kənan neçə ildir bizim kəbinimiz olduğunu, bir yerdə yaşadığımızı, Avropanın bütün kurortlarında olduğumuzu bilə-bilə, pulla qızın valideynlərini ələ alıb onunla onu məndən ayırmaq istəyir və atası da bu məsələdə ona dəstək verir. Bizim həyatımızı məhv etmək istəyirlər. Qeyd edim ki, ağsaqqallar bu məsələ ilə bağlı Kənanın atasıana müraciət etsə də, o ağsaqqaların müraciərinə qulaq asmayıb. Onu da bildirim ki, Kənanın anası Temalla xanım Bakının prestijli məktəblərindən birində müəllim işləyir. \”.

Məktubda qeyd olunanlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzFakt.com

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button