Aktual

Ermənilər Kəlbəcərdə yol çəkənləri atəşə tutdu

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.

Müdafiə Naziriiyindən  verilən xəbərə görə, bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button