Aktual

Rəsulzadənin heykəli Ziya Məmmədovla icra başçısını necə düşmən etdi?

Rəsulzadənin heykəli Ziya Məmmədovla icra başçısını necə düşmən etdi?\”Rəsulzadə qalmaqalı» məmurları üz-üzə gətirdi

Deputat Sabir Rüstəmxanlının Milli Məclisin son iclasındakı çıxışında Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstünün başına çuval keçirilərək təhqir edilməsi, həmin parkın baxımsız vəziyyətdə olması ilə bağlı iradı ətrafında müzakirələr davam edir. Qeyd edək ki, deputat Musa Quliyev Sabir Rüstəmxanlının fikirlərinin əsassız olduğunu bildirmişdi: “Ümumiyyətlə, Gəncədə Məhəmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır və bu həqiqəti əks etdirmir.
Adıçəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona görə də abidənin təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən də o bağın Gəncə Icra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirsin”.
Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Musa Quliyevə cavab verib. O, modern.az-a açıqlamasında deyib: “Deputat Musa Quliyevin fikirlərinə hörmətlə yanaşsaq da, bəzi dəqiqləşdirmələr aparmağa ehtiyac var. Məlumat üçün bildiririk ki, Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 73 H-li sərəncamına əsasən, Azərbaycan Dəmir Yolu Idarəsinin balansında olan Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Şəki, Yevlax şəhərləri, Abşeron, Xızı, Tovuz, Xanlar, Daşkəsən, Samux, Saatlı, Salyan, Astara, Goranboy, Sabirabad, Beyləqan, Masallı, Qax, Cəlilabad, Neftçala, Ağdaş, Qazax, Imişli rayonları ərazilərindəki mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları, qurğuları, yollar aidiyyəti üzrə şəhər və rayon icra hakimiyyətlərinin balansına verilməlidir”.
Qurum rəsmisi deyib ki, bu sərəncama əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyi Gəncə şəhər Icra Hakimiyyətinə müvafiq məktubla müraciət edib: “Gəncə şəhər Icra Hakimiyyətinin 2014-ci il noyabrın 28-də ”Azərbaycan Dəmir Yolları\” Qapalı Səhmdar Cəmiyyətinə göndərdiyi cavab məktubunda Azərbaycan Dəmir Yolunun balansında olan mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları qurğularının Gəncə şəhər Icra Hakimiyyətinin balansına və xidmət dairəsinə əvəzsiz qəbul edilməsinə razılıq verilib\”.
Nadir Əzməmmədov onu da vurğulayıb ki, hazırda Gəncədəki Məhəmməd Əmin Rəsulzadənin abidəsinin yerləşdiyi parkda aparılan təmir-tikinti işlərinin Nəqliyyat Nazirliyinin struktur bölməsi olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə heç bir aidiyyəti yoxdur: “Parkdakı hər hansı neqativ hala görə cavabdeh orada tikinti işlərini həyat keçirən təşkilatdır”.
Gəncə Şəhər Icra Hakimiyyətindən modern.az-a verilən açıqlamada isə “Azərbaycan Dəmir Yolları” QSC rəsmisinin sözlərinin həqiqəti əks etdirmədiyi qeyd edilib:
“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Icra Hakimiyyətinə rəsmi məktubla müraciət edilənvə onlara bildirilib ki, parkın təhvil-təslim işləri xüsusi komissiya yaradılaraq həyata keçirilə bilər. Amma təəssüflər olsun ki, bu proses onlar tərəfindən reallaşmayıb və ortada heç bir təhvil-təslim işi aparılmayıb\”.
Gəncə Şəhər Icra Hakimiyyətinin açıqlamasında o da bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC sanki məsuliyyətdən qaçır: “Həmin qurumun balansında 200-dən çox mənzil, park, su idarəsi, xəstəxana, yaşayış binası və çoxlu kommunal təyinatlı obyektlər var. Hazırda da əhaliyə həmin QSC-nin tərkibində olan qurumlar tərəfindən xidmət göstərilir. Bundan qaça bilməzələr. Bir daha qeyd edirik ki, hər hansı obyektin Icra Hakimiyyətinin balansına keçməsi prosesi yalnız qanuni şəkildə, komissiyanın iştirakı ilə mümkündür ki, bu proses də həyata keçirilməyib.
Onlar məktubu təhrif etməklə prosesi şübhə altına alırlar. Təhrif olduğu üçün də bu gün obyektlərin təhvil götürülməsindən heç bir söhbət gedə bilməz\”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button