Aktual

DİN-dən aksiyaya cəhdlə bağlı AÇIQLAMA

Bu gün bir qrup şəxs aksiya keçirməyə cəhd göstərib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu gün – dekabrın 1-i saat 15:00 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.

Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıb.

Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button