Aktual

Azərbaycanda bütün icra başçıları işdən azad edilə bilər – İDDİA

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz icra hakimiyyətlərinin ləğv olunma ehtimalından söz açıb.

Ekspert ötən bir neçə il ərzində kommunal, rabitə, mədəniyyət , ekologiya, təhsil, sosial və başqa sahələr üzrə rayonlardakı mövcud dövlət qurumlarının ləğv edildiyini vurğulayıb.

“Hazırda bu dövlət qurumlarının rayonlarda yalnız kiçik şöbələri qalıb, əvəzində isə, yeni regional idarələr formalaşdırılıb”, – deyə bildirən O.Gündüzün sözlərinə görə,  rayonlarda tam tərkibdə və ənənəvi idarəetmədə yalnız hüquq-mühafizə qurumları, o cümlədən icra hakimiyyətləri qalıb:

“Ötən gün İlham Əliyev Emin Hüseynovu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)  prezidentin xüsusi nümayəndəsi təyin edib. Ölkə rəhbərinin bir neçə bölgəni birləşdirən iqtisadi rayon üzrə xüsusi nümayəndə təyin etməsi isə onu göstərir ki, yerli icra hakimiyyətləri də regionlara çevrilə bilər. Yəni yaxın zamanlarda, ölkədə yeni idarəetmə modelinə keçidi,  bütün icra hakimiyyətlərinin ləğvi və icra başçılarının azad olunmasını, əvəzində isə, prezidentin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə yaradılmış 14 iqtisadi rayon üzrə 14 regional icra başçılarının təyin ediləcəyini proqnozlaşdırmaq olar”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button