Aktual

Rusiya XİN-dən İlham Əliyevlə Paşinyanın görüşü haqda AÇIQLAMA

Rusiya XİN dünən Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında baş tutan görüşə münasibət bildirib.

Savash.org xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

XİN rəsmisi Azərbaycan və Ermənistan liderlərinin birbaşa təmaslarının davam etməsini alqışladıqlarını qeyd edib:

“Liderlərin görüşü dünən axşam baş tutub. Müzakirələrin məzmunu ilə bağlı məlumatlar gəlməyə davam edir. Biz əlbəttə ki, bu məlumatları analiz edirik. Ümid edirik ki, baş tutan müzakirələrin yekunu Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmalarının reallaşmasına kömək edəcək”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button