Aktual

Azərbaycanla Türkiyə 40 milyonluq memorandum imzaladı – FOTOLAR

Azərbaycanla Türkiyə arasında daha bir anlaşma memorandumu imzalanıb.

 Savash.org xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında paylaşım edib.

“Qardaş Türkiyənin “Demirören” Holdinqi ilə əczaçılıq məhsullarının istehsalı və satışına dair Anlaşma Memorandumu imzaladıq.

İqtisadiyyatımıza 40 milyon dollar investisiya yatırımını təmin edəcək layihə çərçivəsində qabaqcıl təcrübələrin tətbiqi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm nəticələr əldə edəcəyik”, – nazir bildirib.


Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button