Aktual

Banklar dolların alış qiymətini bahalaşdırır

İqtisadçı ekspert Samir Əliyev bəzi banklarda dolların alış qiymətinin qalxması barədə məlumat paylaşıb.

“SAVAŞ”ın məlumatına görə, iqtisadçı bildirib ki, hazırda bəzi banklarda alış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsi ilə eynidir.

Onun sözlərinə görə, dolların alış qiymətinin qalxması FED-in bu günlərdə açıqlanması gözlənilən qərarı ilə bağlı deyil: “İlin sonu olanda banklarda və əhalidə özünüqoruma instikti yaranır. Amma indi ilin əvvəlidir. Ona görə də hansı səbəbdən dolların alış qiymətinin bəzi banklarda qalxmasını araşdırmaq lazımdır. Maraqlı məsələ odur ki, satış bahalaşmayıb. Satış qiymətindəki limiti sanki aşmağa qoymurlar. Valyutadəyişmə məntəqələrində isə alış qiyməti həmişə banklarla müqayisədə baha olub.”

Qeyd edilir ki, bu günlərdə ayrı-ayrı banklarda 1.60 və 1.65-dən başlayan dolların alış qiyməti 1.70-ə qaldırılıb.

Məlumat üçün bildirək ki, hazırda Mərkəzi Bankın açıqladığı rəsmi məzənnəyə əsasən, dolların satış qiyməti 1.70-dir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button