Aktual

İcra başçısı ilə mübahisə edəndən sonra intihara cəhd etdi – KÜRDƏMİRDƏ İDARƏ MÜDİRİNİN İLGİNC HEKAYƏTİ

İcra başçısı ilə mübahisə edəndən sonra intihara cəhd etdi - KÜRDƏMİRDƏ İDARƏ MÜDİRİNİN İLGİNC HEKAYƏTİKürdəmir rayon Su-Kanal İdarəsinin rəisi Tariyel Kərimov intihara cəhd edib. O, ötən həftənin şənbə günü iş yerində sirkə turşusu içdikdən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Savash.org xəbər verir ki, bu barədə AzPolitika.info-ya Kürdəmirdəki mənbələrdən məlumat daxil olub. Bildirilir ki, T.Kərimovun vəziyyəti ağır olduğundan onu Bakıya gətiriblər.

İdarə rəisinin intihara cəhdinin bəzi təfərrüatları da məlum olub. Məlumatlı mənbənin dediyinə görə, T.Kərimov rayonun icra başçısı Ceyhun Cəfərovla mübahisə etdikdən sonra intihara cəhd edib. Məlumata görə, icra başçısı T.Kərimovun qarşısında müəyyən tələblər qoyub, onları yerinə yetirməyəcəyi halda işdən çıxaracağı haqda xəbərdarlıq edib. Bu xəbərdarlığı aldıqdan sonra psixoloji gərginlik keçirən idarə müdiri, elə iş yerində intihara cəhd edib.

Kürdəmirdə bu səpgili hadisə isə, son 1 ildə artıq ikinci dəfədir ki, baş verir. Ötən ilin dekabrın 15-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədov icra başçısı Ceyhun Cəfərovla növbəti təmasdan sonra ürəyindən şikayətlənmiş, ətrafındakılara icra başçısının onu infarkt həddinə gətirdiyini söyləmişdi. Evə getdikdən sonra dünyasını dəyişmiş Gülbala Əsədovun ürək tutmasından vəfat etdiyi məlum olmuşdu.

Ümumiyyətlə, verilən məlumata görə, Kürdəmirdə icra başçısı-məmur münasibətlərində ciddi gərginlik var. Yerli məmurlar C.Cəfərovun qanunsuz tələblərindən cana doyublar. Məktəb direktorları, idarə müdirləri, hətta xəstəxana rəhbərləri müxtəlif qanunsuz “öhdəliklər” qarşısında çətin vəziyyətə düşüblər.
Məsələn, belə qanunsuz tələblərə etiraz edən Kürdəmir Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Feyzullayev ərizə yazıb işdən çıxıb.

Əməkdaşımızın intihara cəhd edən rəisin yaxınları ilə danışmaq cəhdləri baş tutmayıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button