Aktual

Sosial şəbəkələrin məşhuru Neftçalada saxlanıldı – Nisyə mal istəyib, verməyiblər və…

Neftçalada ərzaq mağazasında vitrinləri dağıdan şəxs saxlanılıb.

Ötən gün axşam saatlarında Neftçala rayonunun Bankə qəsəbə sakini, 1980-ci il təvəllüdlü Təhməzov Azad Əbülfəz oğlu şəhər ərazisində yerləşən “Neftçala” market adlı ərzaq mağazasına girərək satıclardan nisyə mal istəyib. Onun istəyini yerinə yetirməkdən imtina edən satıcılara etiraz əlaməti olaraq əlindəki dəmir parçası ilə vitirnləri dağıtmağa başlayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidovun bildirdiyinə görə, hadisə Neftçala rayonu Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Təhməzov tərəfindən törədildiyini təsdiqləyib.

Həmin şəxsin RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.

Savash.org xatırladır ki, saxlanılan Təhməzov Azad Əbülfəz oğlu sosial şəbəkələrdə ölkə prezidentinə etdiyi müraciətlə yadda qalıb.

 

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button