Aktual

Heydər Babayev göyərçinlərini xilas etmək üçün Türkiyədən MÜTƏXƏSSİS ÇAĞIRDI

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin göyərçinlərinə azar dəyib.

Gundem.az-ın məlumatına görə, nazirin göyərçinlərinin saxlanıldığı Mərdəkandakı villasında onlarla quş tələf olub.

Quşların hansı xəstəlikdən öldüyü bəlli deyil.

Bəlli olan isə odur ki, Babayev Türkiyədən xüsusi veterinar da gətirib. Amma onun  çablarına baxmayaraq quşlar qırılmaqda davam edir.

Xatırladaq ki, Heydər Babyevin xüsusi cins göyərçinlər saxladığı barədə çoxdan məlumat yayılıb. Onun hinində göyərçinlərdən başqa bahalı cinslərdən olan tovuzquşular da bəslənir.

Şahin

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button