Aktual

Marketlərdə siqaret niyə yoxa çıxıb? – “Bahalaşma olmayacaq, amma…”

Bakıda bəzi marketlərdə “Winston”, “Kent”, “Sobranie” kimi siqaret markalarıın yoxa çıxdığ iddia olunub.

Bəzi satıcılar bunun yaxın günlərdə siqaretlərin bahalaşacağı ilə bağlı olduğunu deyib. Konkret olaraq iyunun 2-də siqaret və tütün məmulatlarının bahalaşacağı bildirilib.

Maraqlıdır, siqaret və tütün məhsullarının bahalaşması gözlənilir? Satış məntəqələrində bəzi markaların çatışmazlığı nə ilə əlaqədardır?

Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Rövşən Şərifov bəzi siqaret markalarının istehsal edilə bilməməsini Rusiya-Ukrayna müharibəsinə bağlayıb:

“Ukraynadakı müharibə ilə əlaqədar olaraq bütün ölkələrdə logistika ilə bağlı problemlər var. Məlum məsələdir ki, siqaret kağız, tütün kimi bir sıra komponentlərdən təşkil olunub. Bu hissələrdən hansısa biri olmayanda mümkündür ki, siqaret istehsal edilə bilməsin. Məsələn, bu yaxınlarda Rusiyada bir qazlı içkini rəngləndirici maddə çatışmazlığı ilə əlaqədar istehsal edə bilməyəcəklərini dedilər. Yəni siqaretdə də belə hal mümkündür və bəzi markalarda istehsalla bağlı problem ola bilər”.

R.Şərifov Azərbaycanda siqaret məhsullarının bahalaşmayacağını qeyd edib:

“Bu gün Azərbaycanda siqaret və tütün məhsullarının qiyməti ilə bağlı artım gözləmək düzgün deyil. Ona görə ki, qanunvericilikdə rüsumun artırılması ilə bağlı hansısa məsələ yoxdur. Tütünün qiyməti dünya bazarında da stabil olaraq qalır. Biz tütün məhsullarını əvvəllər həm də Ukraynaya ixrac edirdik. İndi isə logistika ilə bağlı ixracda problem var. Lakin tütün məhsullarını Rusiyaya həmişəki qaydada ixrac edə bilirik. Ümumilikdə qeyd edim ki, istehsalla bağlı daxildə də problemlər var. Bu problemlərlə əlaqədar istehsalçı müəssisələrlə işləyirik”.

Əzizə Zeynal
Sfera.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button