Aktual

“Meymunçiçəyi” Azərbaycanda? – “Ehtimal yüksəkdir, təşvişə düşməməliyik…”

Planetimiz Covid-19 bəlasının ardından yeni bir virus – “Meymunçiçəyi” ilə mübarizə aparır. Artıq Avropanı ağuşuna alan yeni virusun digər ölkələrə də yayıla biləcəyi ehtimal edilir.

Maraqlıdır, adıçəkilən xəstəliyin ölkəmizdə də yayılması realdırmı?

Səhiyyə Nazirliyindən Gündəm.az-a verilən məlumata görə, Azərbaycanda indiqə qədər  “Meymunçiçəyi”nə yoluxma faktı qeydə alınmayıb.

İnfeksionist Nicat Əzimli isə bildirir ki, xəstəliyin Azərbaycana gəlmə ehtimalı yüksəkdir:
“Bu virus təxminən bir ay əvvəl dünyanın yalnız bir-iki ölkəsində qeydə alınmışdı, hazırda isə 30-dan çox ölkəyə yayılıb. Dünya üzrə aktiv xəstə sayının 550-dən çox olması isə “Meymunçiçəyi”nin Azərbaycana da ayaq açacağı haqda ehtimalları yüksəldir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də açıqlandı ki, belə bir ehtimal mövcuddur və buna uyğun tədbirlər görülməlidir”.

N. Əzimlinin sözlərinə görə, bir xəstəliyin pandemiyaya çevrilməsi üçün yoluxuculuğu çox yüksək olmalıdır:

“Meymunçiçəyi xəstəliyində isə yoluxuculuq mexanizmi təmas vasitəsilədir. Bu səbəbdən də “Meymunçiçəyi”nin pandemiyaya səbəb olacağı az ehtimal edilir. Bu xəstəlik səpkilər mərhələsində daha yoluxucu olur. Səpkilərin isə gözlə görünən simptom olması bu mərhələdə yoluxanın özünü ətrafdakı insanlardan izolyasiya etməsinə şərait yaradır. Bunun nəticəsində də yoluxan digərlərini yoluxdurmamış olur. Yəni təşvişə düşməyə ehtiyac yoxdur. Xəstəliyin Azərbaycana gəlib çıxma ehtimalı olsa da,  bundan qorunmaq metodları Covid-19-la müqayisədə daha asandır”.

Banu

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button