Aktual

Elmar Vəliyev oğlunu deputatlığa hazırlaşdırır – İDDİA

Elmar Vəliyev oğlunu deputatlığa hazırlaşdırır - İDDİAGəncənin icra başçısı Elmar Vəliyev oğlu Elmir Vəliyevi millət vəkili görmək arzusuna düşüb.

Bu barədə Arqument.Az-a daxil olan ilginc məlumatda iddia olunur.

Məlumata görə, adı tez-tez silahlı mühafizəçiləri və bahalı maşınlardan ibarət karvanı, xüsusən də “Galendevagen”i AA və AO və AZ seriyalı avtomobilləri ilə gündəmə gələn oğul Vəliyev də bu arzusunu 2015-ci ilin parlament seçkilərində reallaşdırmaq arzusunu gizlətmir.

Bildirilir ki, hazırda Milli Məclisin işçisi olan Elmir Vəliyev 2015-ci ilin parlament seçkiləri ilə bağlı hətta bəzi hazırlıqlar da görüb. Onun konkret hansı dairədən namizədliyini irəli sürəcəyi bəlli olmasa da, icra başçısı oğlunu hakim partiyanın (YAP) siyahısına salmaq niyyətindədir.

Mənbənin sözlərinə görə, Elmar Vəliyev bununla oğlunun gələcək siyasi kariyerasını qurmaq, vəzifədəykən ona lazımı köməkliyi göstərmək istəyir. Amma onun bu arzusunu reallaşdıra biləcəyini indidən demək tezdir.

Bundan başqa, Vəliyevlərin Bakıda və Gəncədə böyük biznes şəbəkələrinin olduğu da iddia olunur. Bildirilir ki, Vəliyevlər seçkiöncəsi bu planı həyata keçirmək üçün bir sıra xeyriyyə tədbirləri keçirməyi də nəzərdə tutublar. Bunu da seçicilərin etimadını qazanmağa hesablanmış bir taktika kimi dəyərləndirən mənbə belə iddia edir.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Sözügedən şəxslərin də mövqeyini dərc edəcəyik.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button