Aktual

Generalın kirvəsi ilə Rövşən Lənkəranskini nə bağlayır? – İlginc iddialar

Generalın kirvəsi ilə Rövşən Lənkəranskini nə bağlayır? – İlginc iddialarBir neçə gün əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) imtahan qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimovun Lənkəranda qiyməti milyonlarla manatla ölçülən otel-restoran tikdiridiyi barədə məlumat yayılmışdı.

Həmin məlumatda bildirilirdi ki, “Xəzər Palace” adlanan dəbdəbəli otel-rsstoran Aşağı Nüvədi kəndində Xəzərin sahilində inşa edilib. Bu xəbər nə DİN, nə də BDYPi tərəfindən təkzib edildi. Yayılan məlumatlarda o da qeyd edilirdi ki, şöbə müdirinin belə bahalı otel-restoran inşa etməsi onun nömrə alverində əldə etdiyi gəlirlərin hesabınadır. İddia olunurdu dövlət qiyməti 18-20 manat olan nömrələr Müşfiq Rəhimovun kabinetində 18-20 min manat civarında qaldırılır. Söhbət əlbəttə ki, cüt nömrələrdən gedir. Hətta şöbə rəisinin 200 min manat qiymətləndirdiyi nömrələrin də olduğu bildirilirdi. Lakin həmin məlumatda Müşfiq Rəhimovun nömrə biznesinə kim tərəfindən və nə üçün yaşıl işıq yandırıldığı barədə heç bir qeyd yox idi.

Bu barədə bəzi təfərrüatlar məlum olub. Savash.org xəbər verir ki, Azmedia.info-ya bildirilir ki, Müşfiq Rəhimovun nömrə biznesi əslində BDYPİ-nin rəisi Ramiz Zeynalovun xeyir-duası ilə həyata keçirilir. Məlumatlara görə, Ramiz Zeynalovun Müşfiq Rəhimova xeyir duasının kökündə qohumluq əlaqələri dayanır.

Bildirilir ki, şöbə rəisi Ramiz Zeynalovla kirvədir. Daha doğrusu Müşfiq Rəhimov generalın nəvəsinin kirvəsidir. Məlumata görə, nömrə biznesində Ramiz Zeynalovun kürəkəni Füzuli Quliyev də şərikdir.

Bundan başqa iddia olunur ki, Bakıda fəaliyyət göstərən və “Rövşən Lənkəranski” kimi tanınan qanuni oğru Rövşən Canıyevə məxsus olduğu bildirilən “Neon” restoranı da əslində Müşfiq Rəhimova məxsusdur. Sadəcə restoranın idarəçiliyinə nəzarət qanuni oğruya tapşırılıb.

Qeyd edək ki, Müşfiq Rəhimovla Gəncə Avia Təmir zavodunun qeyri-rəsmi rəhbəri Hacı Etibar Həsənovun arasında ziddiyyətlərin olduğu barədə də məlumatlar var. Hacı Etibar ölkənin ən varlı şəxslərindən biridir. O, həm də dəbdəli həyat tərzi ilə seçilir. Təkcə oğlunun 300 min dollarlıq “Porshe” sürdüyünü vurğulamaq kifayətdir. Onun və ailəsinin xidmətində olan avtomobillərin ümumi dəyəri 2 milyon dollara yaxındır.

Yazıda adı çəkilən şəxslərin mövqeyini yayınlamağa hazırıq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button