Aktual

“Qızı Tünzalənin öldüyünü bilmir, deyir o, ölsə, mən də ölərəm” – Video

“Tünzalə yaşamaq istəyirdi. Amma son dəqiqələrində nəfəs ala bilmirdi. Həkimlərə yalvardı ki, məni aparata qoşun, nəfəs alım. Reanimasiyaya yola salanda da axırıncı sözü bu oldu ki, “gedirəm, amma qayıdacam, yaşayacam”.

Bunu jurnalistlərə açıqlamasında Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva bildirib.

Bacısının sözlərinə görə, qızı Tünzalənin öldüyünü bilmir: “Yayılan video köhnədir, çünki uşağın xəbəri yoxdur. Həmişə deyirdi ki, “Tünüş ölsə, mən də ölərəm. Ona görə qorxudan nəsə deyə bilmirik”.

O qeyd edib ki, aktrisanın atasının səhhəti yaxşı olmadığı üçün yas mərasimində iştirak edə bilmir: “Atamın təzyiqi düşdü, yaxşı deyil. Bircə onunla təskinlik tapıram ki, Tünzalənin üzünü açanda gülürdü”.

Qeyd edk ki, T. Əliyeva ötən gün uzun sürən xəstəlikdən sonra 49 yaşında vəfat edib.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button