Aktual

“Heç nəyə əl vurmağa qoymur…” – “Toppuş bacı”nın ərindən QADAĞA

Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva onun həyat yoldaşı Röyaldan danışıb.

Savash.org axsam.az-a istinadən xəbər verir ki, o, Röyalın onlara bir çox şeyi qadağan etdiyini açıqlayıb. T.Əliyeva bildirib ki, Röyal mərhum aktrisanın əşyalarına toxunulmasına icazə vermir:

“Röyal evdə hər yeri bağlayıb. Deyir, Tünzalənin paltarlarına məbada əl vurarsınız. Sənin əlin dəyən heç nəyə əl vurmağa qoymur. Deyir, Tünzalə necə qoyubsa, elə də qalsın. Şkafları aça bilmirik, deyir, əşyalarına, corablarına toxunmayın”.

Qeyd edək ki, T.Əliyeva ötən gün uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun Zəhra adlı qız övladı var.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button