Aktual

Səfirliyimizə hücum edən terrorçunun FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.

“SAVAŞ”ın məlumatına görə, sosial şəbəkədə Y. Hüseynzadənin fotoları yayılıb.

Xatırladaq ki, hadisə bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində baş verib. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov qətlə yetirilib, Vasif Tağıyev və daha 1 nəfər yaralanıb.

50 yaşlı terrorçu tutularaq zərərsizləşdirilib.


Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button