Aktual

Kəmaləddin Heydərovun ətrafında şok: Plagiat məmur “Cəbiş” həbs sifariş edir!

Kəmaləddin Heydərovun ətrafında şok: Plagiat məmur “Cəbiş” həbs sifariş edir!Azərbaycanın ən böyük problemi nədir, deyə sorsalar, heç tərəddüd etmədən, ilk sıraya cəmiyyətdə ayaq tutub yeriyən ədalətsizliyi və məhkəmələri qoyardıq. Bəli, ölkəmizdə məhkəmə problemi artıq bütün əndazələri aşıb!

Müşahidələr, konkret faktlar sübut edir ki, Azərbaycan məhkəmələrində ədalət axtarmaq, necə deyərlər, qaranlıq otaqda qara pişik axtarmaq kimi bir şeydir. Azərbaycan məhkəmələri haqqın-ədalətin deyil, güclünün-imkanlının yanındadır! Buna dair istənilən sayda fakt göstərmək olar. Kimin gücü çatır, \”ədalətini” əldə edir, kim zəifdir, ədalətsizliyin qurbanına çevrilir.

Ən dəhşətlisi isə odur ki, Azərbaycan məhkəmələri təkcə iqtisadi məzmunlu, siyasi motivli, ölkə rəhbərliyində təmsil olunan qüdrətli şəxslərin və ya onlara bağlı iri biznesmenlərin adı keçən işlərdə sifariş yerinə yetirmirlər. Bizim hakimlər hətta yeri gələndə mafioz dairələrin maraqlarının keşiyində durmaqdan – \”Omertanı” (Sədaqət andını) pozanları sifarişilə cəzalandırmaqdan da çəkinmirlər! Bəzən yüksək rütbəlilər, \”yuxarılara” bağlı \”seçilmişlər” bir yana qalsın, hətta orta səviyyəli bir məmurun, iş adamının maraqlarını tapdayan, sirrini açan, ifşa etməyə cəhd edən istənilən adamı onların həbs etdirməsi bizim bu gözəl ölkəmizdə adi hal alıb. Bu ölkənin məhkəmə hakimləri üçün günahsız insanları həbsə yollamaq bir stəkan su içmək qədər asan işdir. Heç gözlərini belə qırpmırlar! Qırılan talelər, yıxılan evlər, başçız qalan ailələr, uşaqlar bu insanların vicdanlarını sızlatmır.

Əlbəttə, bu deyilənləri xüsusi olaraq sübut etməyə heç bir ehtiyac yoxdur – yüzlərlə bilinən-bilinməyən faktlar var!Biz bu yazıda bilinməyənlərdən biri – daha bir \”balaca padşahın” saxtakarlıqlarını, qanunsuzluqlarını ifşa etdiyinə görə (Sədaqət andını pozduğuna görə) qəzəbə gələn, həbsi sifariş olunan, üzərinə narkotik atılaraq zindana atılan bir Azərbaycan gəncinin faciəsindən danışacağıq. Söhbət Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun saxtakarlıqlarını, korrupsiyasını ifşa etdiyinə – \”Azadlıq” qəzetinə ötürdüyünə görə həbsi sifariş olunan və cibinə narkotik qoyularaq həbsə atılan gəncdən – bu agentliyin işçisindən gedir.

Bəli, bizim ölkəmizdə hüquq sistemi bu vəziyyətə düşüb ki, hətta Cəbrayıl Xanlarov kimi balaca-balaca adamlar da kriminal mənşəli pullarla ədalət mühakiməsini satın ala, həbslər sifariş edə bilirlər!

Bu gəncin yeganə günahı isə odur ki, gözünün qarşısında dövr edən milyonlardan xəstə uşağının müalicəsi üçün kiçicik bir pay istəyib! Dəryada damla misalı. Lakin Cəbrayıl Xanlarov tərəfindən istəyi rədd olunandan sonra bu qəddarlığa dözməyib – gördüklərini, bildiklərini ictimailəşdirmək qərarına gəlib. Əldə etdiyi məlumatları, sənədləri \”Azadlıq” qəzetinə ötürüb. Və onun məlumatları əsasında elə ötən ilin bu vədələrində \”Azadlıq.info” saytında sonu sensasiyalı anonslarla bitən iki məqalə dərc olunub. Lakin C.Xanlarov hansısa vasitə ilə məlumatların öz işçisi tərəfindən ötürüldüyünü dəqiqləşdirə bilib. İşdən qovulan işçi, qısa müddətdən sonra ayıq-sayıq əməliyyatçılarımız tərəfindən cibində narkotik tutulub. \”Ədalət mücəssəməsi” olan məhkəmə hakimlərimiz isə əlüstü həbs qərarı verərək, bu təhlükəli ünsürü cəmiyyətdən təcrid ediblər. Baxmayaraq ki, adam heç siqaret çəkən də olmayıb.

Bu adamın kimliyi, vəzifəsi, sonrakı taleyi haqda daha sonra. Danışılası, yazası çox mətləblər var. Hələlik, ondan danışaq ki, Cəbrayıl Xanlarovu bu qədər qəzəbləndirən məlumatlar nədən ibarət idi. İşçisi hansı kompromatları onun əleyhinə toplamış və mətbuata ötürmüşdü ki, \”balaca padşah”ın əsəbləri tab gətirməmiş, bədbəxtin \”qələmini qırmışdılar”?

Zamanında o qədər də diqqət çəkməmiş materiallarla tanışlıq, sözün əsl mənasında şok yaradır. Lakin \”AzPolitika.info”-ya verilən məlumatlar onu göstərir ki, bu məqalələrdə yazılanlar hələ aysberqin görünən hissəsidir. Görünməyən, gizlində qalan hissəsində daha dəhşətli həqiqətlər yatır! Nazir Kəmaləddin Heydərovun təbirincə desək, kiminsə hesabına bu postda oturan (Əslində nazir hər şeyi öz adıyla çağırıb, bu haqda bir qədər sonra-müəll), yaşadığı evdə 20-dən artıq qulluqçusu olan, milyonluq daşınmaz əmlakları – villaları, fermaları, istixanaları, mağazaları Azərbaycanın dörd bir tərəfinə səpələnən və xirtdəyəcən korrupsiyanın içində olan bu \”balaca padşahı” Azərbaycan cəmiyyətinə yaxından tanıtmaq niyyətindəyik. Yerli-yataqlı, sənədli-sübutlu, üstəlik FOTOLARIN müşaiyyəti ilə! Qoy xalq ondan oğurlanan pullarla Azərbaycan \”ədalətini” satın almaq iqtidarında olan məmurları ilə fəxr etsin!

Hələlik qayıdaq C.Xanlarovun \”inanılmış” işçisinin təqdim etdiyi materiallar əsasında \”Azadlıq”ın ötən il bu vədələrdə yazdıqlarına. \”Plagiat alim və dövlət məmurunun inanılmaz macəraları” adlı məqalənin müəllifi \”rəvayətə” belə başlayır:
\”Ötən ilin təxminən may ayında Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda bir siyahı əlimə keçdi. Siyahı plagiat müdafiə edənlərin siyahısı idi. Aşağıdakı həmin siyahı bir sıra qəzetlərdə çap olunmuşdu. \”… Komissiya eyni zamanda daha altı (Əslində 7-M.M) dissertantın işinin ləğv olunması barədə qərar verib. Komissiyanın qərarına görə:

1. Əliyev Əhəd Həmzə oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev. Tərcümə olunaraq köçürülüb);
2. Cəfərov Müşfiq Ələkbər oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev. Jiltsova Yuliya Vladimirovnanın dissertasiya işindən tərcümə olunaraq köçürülüb);
3. Mustafayev Adil Şöhrət oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev. Müxtəlif iddiaçılar tərəfindən müdafiə olunmuş dissertasiya işindən tərcümə olunaraq köçürülüb);
4. Esmira Çərkəz qızı Əliyevanın (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev. Tərcümə olunaraq köçürülüb);
5. Cəbrayıl Eldar oğlu Xanlarovun (ADIU-nin dissertantı, elmi rəhbəri: iqtsad elmləri doktoru, akademik Ziyad Səmədzadə. Müxtəlif iddiaçılar tərəfindən müdafiə olunmuş dissertasiya işindən tərcümə olunaraq köçürülüb);
6. Səfərəliyev Rüstəm Rasim oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru, professor İbrahim İsmayılov. Serebryakova Yelena Alekseyevna tərəfindən müdafiə edilmiş dissertasiya işindən köçürülüb);
7.Mahmudov Emin Vidadi oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru, professor İbrahim İsmayılov. Rusiyanın üç müxtəlif ali təhsil müəssisəsində ayrı-ayrı iddiaçılar tərəfindən müdafiə olunmuş dissertasiya işlərindən tərcümə yolu ilə köçürülüb)”.

Gördüyünüz kimi, siyahıda qeyd olunanlardan yalnız Cəbrayıl Xanlarovun adı mətbuatda çap olunan plagiat alimlərin siyahısından çıxarılıb və bu, istər-istəməz diqqtətimi çəkdi. İnternetdə axtarış verdikdə məlum oldu ki, bu şəxs Fövqəladə Hallar Nazirliyində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsində çalışır. Siyahıda adı keçən Esmira Çərkəzqızının (AzTV-nin keçmiş diktoru) çalışdığı Agentliyin rəisidir. Bu, artıq maraq dairəmi genişləndirdi. Cəbrayıl Xanlarovla yaxından tanış olmaq üçün onun qəbuluna düşmək qərarına gəldim…”

Müəllif \”Eldar Elçinli” daha sonra Cəbrayıl Xanlarovun qəbuluna düşmək üçün uğursuz cəhdlərindən bəhs edir, bu qurumun əsas binasında olarkən maraqlı məlumatlar əldə etdiyini yazır:
\”…dəhlizi bir az gəzib ora gələnlərlə söhbət edikdə məlum oldu ki, respublika ərazisində tikilən bütün yeni binalarla bağlı həm rəsmi, həm də qeyri-rəsmi sənədləşmələr burda aparılır. Bütün \”əməliyyatlar” da – müştərilərin qapısına yığışdığı otaqda baş verir. Hətta pul (?!) sayan maşının səsini də eşitmək olurdu.
Beləliklə, uzun müddət araşdırma nəticəsində xeyli məlumatlar əldə etdim.”

Müəllif dəqiqləşdirir ki, Cəbrayıl Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində doğulub.Şəxsiyyət vəsiqəsinə inansaq, M. Müşfiq küçəsi, ev 11/13, mənzil 24-də yaşayır. 1995-ci ildə İqtisad Universitetini bitirib. Sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin \”Azərterminlakompleksdə” işləyib. Gömrük Xidməti mayoru olduğu bildirilir. FHN yaranandan sonra, 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib.

Cəbrayıl Xanlarovun \”alim” olmaqlığı

Qalmaqallı məqalədə daha sonra oxuyuruq: \”Qayıdaq plagiat məsələsinə. Sən demə, Cəbrayıl Xanlarov nəinki tikintiyə aid layihəni, heç yazılı sənədi belə üzündən oxuya bilmir. İşlədiyi bu neçə il ərzində cəmi bir dəfə iclasda iştirak edib, onu da yazıb veriblər güclə oxuyub. Bəs bu necə alim olub? Atası Eldar Xanlarov AMEA-institutlarından birində işləyir. Ata məsləhəti ilə alim olmaq qərarına gəlib. Belə ki, 2011-ci ildə yeni qanuna görə dövlət qulluğunda işləyənlər elmi iş müdafiə edə bilməzlər. Ona görə da ata-bala və elmi rəhbəri Ziyad Səmədzadənin məsləhəti ilə tələsik olaraq 2010-cu ildə elmi ad almaq üçün qollarını çırmalayıblar. Etibarlı mənbənin məlumatına görə, elmi rəhbərlər bu cür əməliyyatlardan yaxşı mükafatlar əldə edirlər, amma biz Ziyad Səmədzadənin konkret olaraq hansı mükafatı əldə etdiyini söyləyə bilməyəcəyik…

Nəticədə plagiat alim adı almağa nail olublar. Bu sayaq plagiat əməliyyatları, bir qayda olaraq, təxminən 20 000-30 000 min manata başa gəlir. Onsuz da Cəbrayıl Xanlarov kimi \”alimlərin” alimlik adı mütləq ləğv ediləcək. Qazanan isə \”oğrudan doğruya halaldır” təskinliyi ilə rüşvətlə doğulub, rüşvətlə yaşayan qondarma \”elmi rəhbər”lərdir. Məlum plagiatlıqla bağlı siyahı mətbuata çıxanda Cəbrayıl Xanlarov əməlli başlı \”tərləyərək” adının mətbuata çıxmasının qarşısını ala bilib. Əvəzində isə Agentliyin işçisi Esmira Çərkəzqızını qurban verməli olub. Məlum siyahı çap olunandan sonra o, Esmira Çərkəzqızının işdən uzaqlaşmasını təmin edib və söz-söhbətin Agentliyin və öz üzərindən uzaqlaşmasına nail olub. Ən azından Cəbrayıl Xanlarov bunu belə düşünürdü. Beləliklə, O, 2010-cu ildə tələm-tələsik təzə alim – \”alim” adı alıb və bir az da uzağa gedərək ata məsləhəti ilə Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədovanın əmri ilə 0.25 ştatla \”Tikinti İqtisadiyyat” fakültəsinin kafedrasında işə götürülüb. Niyə İqtisad Universitetində yox? Ona görə ki, Memarlıq və İnşaat Universiteti ilə Cəbrayıl Xanlarov çox yaxşı \”anlaşırlar”. Gələcəkdə yaxşı təqaüd almaq üçün aldığı maaşın üzərinə \”alim” olaraq 50-60 manat əlavə olunacaq. Həqiqətənmi, bu məbləğə onun ehtiyacı var?! Faktlar əksini deyir.

Milyonluq bank sənədləri

Cəbrayıl Xanlarov işlədiyi qurumu əməlli-başlı monopoliyaya alıb. Müfəttişləri özünün şəxsi mənafeyi üçün istifadə edir. Onların əli ilə Respublika ərazisində və Bakı şəhərində \”özünə sərfəli” obyektləri təyin edərək, ona ayrılan \”limitdən” yararlanaraq yaxşı qazanc mənbəyi əldə edir. Bunun müqabilində həmin \”etibarlı” müfəttişləri istədiyi vəzifədə yerləşdirir. Savadlı mütəxəssisləri isə özünə sərf etmədiyi üçün müxtəlif yollarla FHN-nin birinci müavini Rəfael Mirzəyevin əliylə ya vəzifədən çıxarır, ya da ona mane olmaması üçün yerini dəyişdirir. Əlaltılarını isə rəis müavini və yaxud regionlara tikintiyə nəzarət üzrə rəis vəzifəsinə təyin edir. Adi eskiz layihəsini belə oxuya bilməyən Cəbrayıl Xanlarov, eyni savada malik əlaltılarını da vəzifəyə təyin etdirir. 8 ildir, tərkibində 9 idarəsi olan nazirlik səviyyəsində bir Agentliyin rəhbərinin hələ də nəinki tikinti haqqında anlayışı yoxdur, heç eskiz-layihəni belə düz tuta bilmir. Amma bütün bunlar onun Kəmaləddin Heydərovun kölgəsinə sığınaraq qeyri-leqal qazanc əldə etməsini daha da sürətləndirib. Bunu Cəbrayıl Xanlarovun bankda olan pulları barədə əldə etdiyim arayışlar da təsdiq edir. Gördüyünüz kimi \”Muğan Bank” tərəfindən Cəbrayıl Xanlarov barədə təqdim edilən 3 müxtəlif arayışda 3 müxtəlif rəqəm qeyd edilmişdir. Həmin banka üzvlük barədə onun eyni banka məxsus 2 müxtəlif, \”VISA infiniti” və \”VISA platinum” kartlarını da görürsünüz. Bunların hər ikisi sübut edir ki, o, bu vəzifədən istifadə edərək gəlirini artırmaqla məşğuldur. Birləşmiş Krallığın Azərbaycandakı səfirliyinə ünvanlanan 21.11.2013-cü il tarxili arayışda 550 000 EUR, 23.11.2013-cü il tarixdə 500 000 EUR və 26.11.2013-cü il tarixli arayışda isə 50 000 EUR qeyd edilmişdir.

Bəs niyə Birləşmiş Krallıq? Bunu etibarlı mənbə Cəbrayıl Xanlarovun ailəlikcə Londona səfərə çıxmağı ilə əlaqələndirib. Hətta onun ailə üzvlərinin sənədlərinin surətini də təqdim etdi. Amma nədənsə bilet sifarişi verilsə də, səfərə gedilməyib. Avia şirkətdən (Adını açıqlamaq istəmərik) aldığım məlumata görə bilet sifarişi veriləndə biletin qaytarılacağı da əvvəlcədən bildirilmişdir. Bu minvalla Cəbrayıl Xanlarovun yəqin ki, pullarını tək \”Muğan Bank” öz hesabında belə olduqca \”məxfi” saxlamır, digər banklar da bu işdə \”Muğan Bank”a \”kömək” edir.

Əlavə olaraq, Cəbrayıl Xanlarovun imzasıyla kredit kartla (Credit Card Authorisation) 20 yaşlı oğlu, hal-hazırda öz şirkətlərinin birində çalışan Nazim Xanlarovun adına Marylebon otelə (The Marylebone Hotel) sifarişin də sənədini görürük.

Digər bir dəqiq mənbədən aldığım maraqlı məlumata əsasən, Cəbrayıl Xanlarov hətta əvvəlcə çalışdığı Gömrük Komitəsinin \”Azərterminalkompleksinin” əməkdaşlarından şərikliyə görə haqq alır. Haqq aldığı həmin şəxslərin adları mənə məlum olsa da, müəyyən səbəblərə görə, açıqlamıram.

Arxada generallar dayanır!

Bəs Cəbrayıl Xanlarova qarşı bu səmimiyyət hardan yaranıb ki, bu cür \”savad” yiyəsinə belə idarə etibar edilib? Araşdırma nəticəsində məlum olur ki, dayılıq ona keçmiş Respublika Hərbi Komissarı və Səlyan rayon İcra Hakimiyyətinin Başçısı və hal-hazırda deputat Əliağa Hüseynov tərəfindən gəlirmiş. Əliağa Hüseynov isə Kəmaləddin Heydərova yaxındır. Əliağa Hüseynovun qardaşı oğlu Etibar Hüseynov FHN-də Baş ekspert, Cəbrayıl Xanlarovun əmisi oğlu Azər XanlarovAgentliyin nəzdində S.Ə.Dadaşov adına Elmi-Tədqiqat institutunda direktor müavini, Cəbrayıl Xanlarovun baldızı və bacanağı Cavid isə həmin institutda işçi, həm də Agentlikdə \”pullara nəzarət” funksiyasını həyata keçirir. Əliağa Hüseynovun özü demişkən, Cəbrayıl yeznələridir. Əməlli başlı ailə ansamblı yaradılıb. Etibarlı mənbənin anlatdığına görə, Əliağa Hüseynov Salyan rayon İcra Hakmiyyəti başçısı işlədiyi vaxt həmin rayona ezam olunduqları zaman onları özü qarşılayıb. \”Sizi Cəbiş göndərib?” – dedi. Biz çaşdıq ki, Cəbiş kimdir. Bizim çaşqınlığımızı görüb, davam elədi, – \”Sizin rəisi, Cəbişi – Cəbrayılı deyirəm. O bizim yeznədir”. Və özünün müraciət formasında Cəbişə zəng elədi və dedi ki, uşaqlara nə lazımdır kömək edəcək.

Bakının keçmiş Baş Memarı Elbəy Qasımzadə Əliağa Hüseynovun bacısının yoldaşıdır. Cəbrayıl Xanlarov hər il Agentliyin pullarından Memarlar Ittifaqına sponsor adıyla maddi kömək edir. Əliağa Hüseynov Respublika Hərbi Komissarlığından çıxarıldıqdan sonra Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildi. Qısa müddətdən sonra vəzifəsini dəyişmək siyasətini həyata keçirməklə qanunverici orqana \”seçilərək” icra strukturlarında işlədiyi müddətdə əldə etdiklərini sığortalayaraq diqqətdən kənarda qalmağa üstünlük verdi. Amma sən demə qazancını \”ailə kadrlar”ının vasitəsilə davam etdirirmiş…

Xanlarovun Əliağa Hüseynov ailəsi ilə qohumluğunu rəsmi sənədlər də təsdiq edir. 19 yaşında ailə quran Cəbrayıl Xanlarovun məhz bu ailə qohumluğunun nəticəsidir ki, hətta hərbi xidmət keçmədiyi bildirilir. Hərbi xidməti Azərbaycan Ordusunda keçirməyi özünə ar bilən plagiat alimin hərbi biletinin də plagiat olmadığı şübhəlidir.

Gilan Holdinqlə örtülü müharibə

Digər bir maraqlı məlumat Agentliyin tərkibində Tikintidə Qiymətqoyma Mərkəzinin direktoru ilə Cəbrayıl Xanlarov arasında olan uzunmüddətli narazılıqdır. Rəfail Mirzəyev və Cəbrayıl Xanlarov ikiliyi mərkəzin direktoru Kamil Muradovu (\”Gilan Holdinqin” prezidenti Cəmil Muradovun qardaşı – E.E) işdən azad etmək üçün çox çalışsalar da, buna hələki nail ola bilməyiblər. Səbəbi, Mərkəzin direktoru birbaşa nazirlə əlaqə quraraq özünü toxunulmaz edə bilib.
Bu ilin fevral ayında Agentliyin binasında nazir Kəmaləddin Heydərovun keçirdiyi iclasda ona ünvanlanan sualların birinə belə cavab verə bilməyib. Buna görə nazir tərəfindən kəskin tənqid olunsa da, heç bir ciddi tədbir görülməyib.
Həyatlarını min bir əzab-əziyyətlə keçirən şikayətçilərə kobudcasına munasibət göstərən, təhqir edən, problemlərinə barmaqarası baxan, onları qəbul etməyən və bu cür \”alim” məmurların bu qədər harınlamağının səbəbləri yuxarıda qeyd elədiyim amillərdir. Cəbrayıl Xanlarov plagiat alim, plagiat əsgər, plagiat rütbə almaqla yanaşı həmçinin məşhur plagiat məmurdur.
Məhz plagiatlığın nəticəsidir ki, Cəbrayıl Xanlarov ona etibar edilən bir çox sirrləri saxlaya bilməyib.”

Bəs söhbət hansı sirrlərdən gedir? Məqalə müəllifi onları aşağıdakı kimi sıralayır:

\”Dubayda kim üçün və nələr tikilir? Dubaya axıdılan pullar. (Rəqəmlər. Cədvəllər);

Xaricdən Dubay layihəsi üçün dəvət edilən \”qonaq”lara xərclənən pullar barədə bank sənədləri;

Göy-göldə nələr baş verir? Obyektlər kimlərə məxsusudr. (Ayrılan pulların mənbəyi sənədlərdə);

\”Kür-Araz” daşqını üçün yaradılmış komissiya niyə işini yekunlaşdıra bilmir? Şikayətlər nədən xəbər verir? 4 ildir niyə vətəndaşların evlərini tikmək istəmirlər? (Rəqəmlər və məbləğlər).

Zaqatalada və digər bölgələrdə baş vermiş Zəlzələnin nəticələri zamanı vətəndaşları kimlər aldadıb və korrupsiya faktları.

Tikinti quraşdırma işləri üçün lisenziya tikinti şirkətlərinə neçəyə başa gəlir? Cəbrayıl Xanlarovun limiti və qazancı nə qədərdir?

Agentlikdən daha kimlər və nələr üçün pullar ödənilir?…” və sairə.

Lakin maraqlıdır ki, bu anonslar elə anons olaraq da qalır. Müəllif araşdırmalarını dayandırır, mənbə işdən çıxarılır və az sonra sifarişlə həbs olunur.

Bəs bütün bu sənədlər, məlumatlar Cəbrayıl Xanlarovun işçisində necə ola bilərdi? O, daha nələri bilirdi və nələri deyə bilərdi?///azpolitika.info

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button