Aktual
Lirə kəskin ucuzlaşdı – Türkiyədə iqtisadi krizis dərinləşir

Türkiyə lirəsi dollar qarşısında rekord həddə ucuzlaşıb.
Savash.org “Reuters” agentliyinə istinadən xəbər verir ki, Türkiyədə 1 dollar 20,22 lirəyə qədər yüksəlib.
Bildirilir ki, lirə ilin əvvəlindən 7,3%, son 10 il ərzində isə 90%-dən çox ucuzlaşıb.
Qeyd edək ki, lirə Azərbaycan manatına nəzərən də enib. Belə ki, hazırda 1 Türkiyə lirəsi 0.0841 Azərbaycan manatı ekvivalentindədir.