Qaynanasını döyüb, evli kişiyə qaçan qadından XƏBƏR VAR – FOTO

Azərforum xəbər verir ki, Füzuli rayonu, Arayatli kənd sakini Aygün Xəlilova evdən qaçıb.
Bu barədə “Ölkə.az”-a A. Xəlilovanın qaynanası Dilarə Xəlilova məlumat verib.
D.Xəlilova bildirib ki, gəlini evdən çıxarkən övladlarını da özüylə aparıb:
“Oğlum Araz Xəlilov 2020-ci ilin aprel ayında avtomobil qəzasında dünyasını dəyişib. Təxminən ötən ilin sentyabr ayında gəlinim Bala Bəhmənli kəndindən olan Ruhin adlı kişi ilə tanış olana qədər münasibətlərimiz indikinə baxanda yaxşı idi. Sonradan Ruhin bizim evə gəlib-getməyə başladı. Əvvəlcə məsələnin mahiyyətini başa düşmürdüm. Sonradan anladım ki, gəlinim Aygünlə Ruhinin arasındakı münasibətlər adi deyil. Özümü əlli il tibb işçisi olmuşam, cəmiyyət görmüşəm, amma belə dostluq görməmişəm. Gəlinimə Ruhinlə bağlı etirazımı bildirəndən sonra mənə qarşı ağır təhqiramiz ifadələr işlətdi, ili çıxmamış oğlumun goruna söydü”.