Aktual

Lerikin icra başçısının \”Debütbank\”da nə qədər pulu batıb: Başçı niyə susur?

Lerikin icra başçısının "Debütbank"da nə qədər pulu batıb: Başçı niyə susur?3 il öncə səhmləri satışa çıxarılan banklardan birinin sahibləri arasında Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov da olub. Və bankın müflis olmasından bəri icra başçısı payçı olduğu səhmlərinin satışa çıxarılması nəticəsində pullarını ala bilməyib.

Savash.org xəbər verir ki, gundeminfo.az-a daxil olan ilginc informasiyaya əsasən hazırda həbsdə olan «A.M.A.Y» Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevlə şərik olduğundan Rövşən Bağırov da pullarını ala bilməyib. Məlumata əsasən R.Bağırov bankda uzun müddət işləyib. Hətta uzun bir müddət 1994 – 2003 – cü illərdə \”Debut\” Səhmdar Kommersiya Bankının \”Sahil\” filialında şöbə müdirinin müavini və müdir vəzifələrində işləyib. İşlədiyi dönəmlərdə isə Lerikin indiki icra başçısı bankda səhmlərə sahib olub. Rövşən Bağırovun sonradan digər dövlət qurumlarında işləməsinə baxmayaraq «Debut Bank»da payı azalmayıb. Əksinə artıb.

Gundeminfo.az yazır ki, Lerikin indiki icra başçısı sonradan bir sıra dövlət qurumlarında işləyib. Onun tərcümeyi-halında da bu məqamlar yer alır.

– Rövşən Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-cü ildə əmək fəaliyyətinə başlamışdır.

1983 – 1985 – ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, \”Əməyin mühafizəsi\” kafedrasında preparator, 1985 – 1987 – ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987 – 1989 – cu illərdə Neft-Kimya İnstitutu, \”Əməyin mühafizəsi\” kafedrasında laborant, 1989 – 1990 – cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990 – 1991 – ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991 – ci ildə \”Gənclik\” Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib 1991 – 1992 – ci illərdə \”Amal\” kiçik müəssisəsində baş mühasib, 1992 – 1994 – cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995 – 1996 – cı illərdə \”Elmarbank\” Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994 – 2003 – cü illərdə \”Debut\” Səhmdar Kommersiya Bankının \”Sahil\” filialında şöbə müdirinin müavini, 2003 – 2006 – cı illərdə \”Bakı yoltikintiservis\” Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006 – 2007 – ci illərdə \”Sənaye Tikinti Servis\” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrimdə çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2007-ci il tarixli 2078 nömrəli Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilmişdir.

Bu rəsmi məlumatdan da görünür ki, icra başçısı vəzifədə olduğu zamanlarda da bankla əlaqələrini tam kəsməyib. Hətta son illərə qədər, 2010-2011-ci ilə qədər bankın nəzarət səhm paketinə sahib olan iş adamı Abdulla Abdullayevlə əlaqələri olub. İkincinin həbs edilməsindən sonra isə Rövşən Bağırovun bankda satışa çıxarılan payından imtina etməsi də səbəbsiz olmayıb. Lakin bu barədə bir sıra araşdırmalar apardığımızdan daha sonra bilgi verəcəyik.

Məlumatlara görə, Mərkəzi Bankın ən son rəsmi məlumatlarında «Debutbank»ın kapitalı haqda bunlar yer alıb:

– Təsisçisi bir neçə fiziki şəxs olan “Debut Bank” ASC 1994-cü ildən fəaliyyət göstərib. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 32,797 mln. manat, kredit portfeli 28,294 mln. manat, depozit portfeli 1,286 mln. manat, məcmu kapitalı 11,121 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,750 mln. manat təşkil edib. Bankın respublika üzrə 7 filialı, 7 bankomatı və 82 POS-terminalı və 27 mübadilə məntəqəsi mövcuddur.

Göstərilən rəsmi məlumatlarda bildirilir ki, Lerikin icra başçısı Rövşən Bağırovun da payı satışa çıxarılıb. Lakin milyonlarla manat dəyərində olan səhmlərin hansı şirkət tərəfindən alındığı bəlli deyil.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button