Dünya

Əfsanəvi Pele yenə xəstəxanaya düşdü

Əfsanəvi Pele yenə xəstəxanaya düşdüBraziliya və dünya futbolunun canlı əfsanəsi Pelenin səhhəti yenidən pisləşib.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, 74 yaşlı Edson Arantis du Nasimentu sidik yollarının infeksiyası diaqnozu ilə San-Pauludakı Albert Eynşteyn adına xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, 10 gün əvvəl sidik kisəsi və böyrəyindəki daşlardan əziyyət çəkən Pele həmin xəstəxanada əməliyyat olunub. Noyabrın 22-də Pele evə buraxılmışdı, futbol kralına bir müddət evində istirahət etməsi məsləhət görülmüşdü (APA).

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button