Dünya

Putinin adamı döyüldü

Putinin adamı döyüldü
Bu gün Tbilisidə “Tavaduri” restoranında gürcü əsilli Rusiya biznesmeni Mixail Xubutiya fiziki təzyiqə məruz qalıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstanın “Aksent” agentliyi hadisə şahidlərinə istinadən xəbər yayıb.

Şahidlər bildiriblər ki, dostları ilə əylənən Xubutiya maşından nəsə götürmək üçün restorandan çıxıb. Restorana qayıtmaq istədikdə isə biznesmen mühafizəçilər tərəfindən saxlanılıb və döyülüb. Onun üzündə sıyrıqlar əmələ gəlib. Xubutiyanın hüquq mühafizəçiləri tərəfindən dindirildiyi bildirilir.

Qeyd edək ki, Xubutiya Rusiyada hakim “Vahid Rusiya” partiyasının üzvü, “Rusiya gürcüləri birliyi”nin sədridir. O, Putin tərəfdarı siyasətçi sayılır və “Rusiya prezidenti yanında millətlərarası əlaqələr birliyi”nin üzvüdür.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button