Dünya

Ramzan Kadırov: “Biz Putinin əsgərləriyik”

Ramzan Kadırov: “Biz Putinin əsgərləriyik”Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında Ramzan Kadırovu terrorçu ailələrinin cəzalandırılacağına dair açıqlamalarına görə tənqid edib.

Jurnalist prezidentdən “Konstitusiyanın təminatı olaraq mühakiməsiz edama məhkum olan vətəndaşları qorumağı düşünürsünüzmü?” deyə soruşub.

V.Putin isə R.Kadırovu günahsız göstərməyə çalışasa da, “Yenə də heç kimin mühakiməsiz edama haqqı yoxdur” deyib.

R.Kadrov isə V.Putinin mətbuat konfransına münasibətini instagram sosial şəbəkəsi vasitəsiylə bildirib: “RF prezidenti Çeçenistandakı hücumlarla bağlı dediyim sözlərin vətəndaşlarımızın fikirləri ilə üst-üstə düşdüyünü dedi. Terrorçularla mübarizədə bu şəxslərin ailələrinin də məhkəmədə cavab verməsi dünya praktikasında var və etibarlı üsuldur.

Biz prezidentimizin bütün tapşırıqlarını yerinə yetirməyə hazırıq. Onun əsgərləriyik. Bu gün bu qədər çətin problemlərin qarşısında V.Putinin nə qədər böyük lider olduğunu bir daha görürük” (musavat.com).

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button