Dünya

Fransada sürücü “Allahu Əkbər” qışqıraraq 11 nəfəri vurdu

Hadisə dekabrın 21-də, Dijonda baş verib. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Əvvəlcə kişi Vilson meydanında dörd nəfəri vurub, daha sonra üç dəfə avtomobili insanların üzərinə sürməyə cəhd göstərib.

Bu zaman daha 7 piyada yaralanıb. Polis əməkdaşlarının sözlərinə görə, sürücü qəsdən piyadaları vururmuş. Kişi, həmçinin onun iki sərnişini cinayət yerindən qaçıblar. Daha sonra polis sürücünü saxlaya bilib. Bu zaman o, “Fələstin uşaqları naminə” qışqırırmış.

“Cinayətkar – 1974-cü il təvəllüdlü kişi əsəb pozğunluğundan əziyyət çəkir”, – deyə, hüquq-mühafizə orqanlarından Le Parisien-ə bildiriblər.

Məlumata görə, cinayəti törədən şəxs müalicə alır.

Hadisənin təhqiqatını Paris prokurorluğunun anti-terror bölməsi aparır.//oxu.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button