Dünya

Ermənilər Sərkisyan haqda: \”Kardır, kordur, laldır…\”

Ermənilər Sərkisyan haqda: "Kardır, kordur, laldır..."Ermənistanda kifayət qədər ağır, hətta demək olar ki, faciəvi proseslər baş qaldırıb. Bu proseslər əsasən siyasi xarakter daşıyır. Xüsusilə də ikisi.

Bunu görmək üçün erməni mətbuatını izləmək kifayət edir. Oxuduqlarımızdan məlum olur ki, dövlət “sifarişi” çərçivəsində müxalif fikirli siyasətçilərə, hətta “Qarabağ qəhrəmanlarına” qarşı hücumlar təşkil olunur. Təşkilatçılar kimə arxalandıqlarını heç gizlətmirlər də… Onlar beynəlxalq terrorçu standartlarına uyğun fəaliyyət göstərirlər və bir qayda olaraq “filan insidentə görə məsuliyyəti” öz üzərlərinə götürürlər.

İnsanları ya evinə gedərkən yolda tutub döyürlər, ya da konkret məkanlara dəvət edib söhbəti “çürüdürlər”.

Bütün bunlarla yanaşı ölkənin milli pulu dram uçuruma doğru gedir və özü ilə Ermənistan iqtisadiyyatını da sürükləyir. Dolların alış qiyməti olsa da, satış qiyməti yoxdur və ya başqa sözlə desək dollar “altdan-altdan” satılır, özü də nominal dəyərindən xeyli artıq qiymətə..

Dramın sürətlə dəyərdən düşdüyü bir vaxtda bir tərəfdən də qiymətlər artır, belə demək olar ki, dəhşət hələ qabaqdadır.

Ölkədə baş alıb gedən məmur özbaşınalığının, hücumların, zorakılıq hallarının və dramın iflasının birbaşa siyasi motivli olduğu artıq təsdiqini tapıb. Bütün bunlara görə ölkə prezidenti günahlandırılır.

Erməni mətbuat nümayəndələrinin təbiri ilə desək, Serj Sərkisyan kar, kor, lal olub.

Qəzetlər yazır ki, uzun müddət özünü sanki daxili siyasi proseslərin üstündə göstərən Serj Sərkisyan indi əks-hücuma keçib və konstitusiyanı dəyişdirərək hakimiyyətinin ömrünü uzatmağa yönəlmiş planlarını həyata keçirmək üçün müxaliflərə sistemli hücumlara başlayıb. Lakin özünü elə göstərir ki, guya baş verənlərdən xəbərsizdir.

Bəli, həqiqətən də son günlər Ermənistanda müxalifətçilərə qarşı həyata keçirilən fiziki hücumların sayı artıb. Xəbər verildiyi kimi, ötən bazar günü İrəvanda Qarabağ müharibəsinin iştirakçıları, keçmiş səhra komandirləri Razmik Petrosyan, Manvel Yeqizaryan və Suren Sərkisyan maskalılar tərəfindən döyülüblər. Bir neçə gün əvvəl isə “Predparlament” adlı vətəndaş hərəkatının yeddi fəalının avtomobilləri İrəvanın müxtəlif yerlərində, o cümlədən Milli Təhlükəsizlik Xidmətinin binasının qarşısında yandırılıb.

“Joqovurd” qəzeti yazır ki, “Sərkisyanın əl-qolu açılıb və hazırda Ermənistanda müxalifətçi ovu başlayıb”. “Aykakan Jamanak” qəzeti isə Ermənistan polisinin rəis müavini (daxili işlər nazirinin müavini statusunda-red.) Levon Yeranosyanın bir neçə gün əvvəl verdiyi açıqlamasını yada salır. Yeranosyan deyib ki, prezident Serj Sərkisyanın ünvanına pis söz işlədənlərin qulağını kəsəcək.

“Mənim heç nə vecimə deyil. Ölkədə kim olmasından asılı olmayaraq kimsə prezidentin ünvanına nəsə demək istəsə, onun qulağını tula qulağı kimi kəsəcəyəm” – Yeranosyan deyib.

Bundan başqa qeyd olunur ki, Serj Sərkisyanın “əlaltısı” hesab edilən Yeranosyan ötən həftə keçmiş səhra komandirləri Razmik Petrosyanı və Manvel Yeqizaryanı restorana çağırıb, onlara bildirib ki, siyasətə qarışmasınlar və prezidentə qarşı çıxmasınlar.

“Lakin Razmik Petrosyan və Manvel Yeqizaryan prezident haqqında nə fikirləşdiklərini açıq mətnlə ona deyiblər. Yeranosyan onlardan tələb edib ki, “prezidenti söyməsinlər”. Lakin Qarabağ veteranları öz mövqelərini təkrar ediblər və restorandan çıxanda onları 7-8 nəfər idmançı görkəmli gənc qarşılayıb. Həmin gənclər restoranda qonşu otaqda gözləyirmiş. Onlar Qarabağ veteranları ilə mübahisəyə giriblər və əlbəyaxa dava zamanı onlara zərbələr endiriblər” – “Joqovurd” qəzeti yazır.

Deputat Manukyan da Sərkisyan haqda “pis söz işlədənlər” arasında yer alır. Bu il sentyabrın 24-də o, İrəvanda müxalif “üçlüyün” mitinqində çıxışı zamanı deyib: “Bu gün burada mənim qürur duyduğum, ölkəsinin sahibi olan, Serjikə, Saşikə (Sərkisyanın qardaşı), Mişikə (Mikael, Sərkisyanın kürəkəni, Vatikanda səfir) “rədd olun o yana” deyə bilən xalq dayanıb”.

Erməni saytları həmçinin yazır ki, valyuta bazarında baş verənlər də ölkə prezidentini maraqlandırmır. Maraqlanırsa da, öz şəxsi mənafeyi çərçivəsində…

Serj Sərkisyan ən azı şüuraltı olaraq başa düşür ki, nə desə də heç kim onun sözünə inanmayacaq, ona görə də son zamanlar ortalıqda görünməkdən çəkinir. Legitimlik çox ciddi kateqoriyadır və daim onun çatışmazlığı ilə yaşayan məmur bu ciddiliyin fərqinə varır.

Bu kimi hallarda dövlət rəhbərləri bir qayda olaraq xalqa müraciət edir, vəziyyəti dəyərləndirirlər. Sərkisyan isə nəyi dəyərləndirmək, hansı problemi həll etmək lazım olduğunu bilmir. Nə etsin axı?!

O nə eşidir, nə görür, nə də ki danışır. Bu, təbiidir əslində. Onun çıxışına heç ehtiyac da yoxdur. Bu onsuz da aydındır.

Yeri gəlmişkən, ölkədə bir qədər gərginlik yaranan kimi Sərkisyan mütləq harasa “itir”. Serjin bu cür itməkliyi 20 ildir ki, müşahidə edilir. Ermənilər isə buna bir SON tələb edirlər (azvision.az).

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button