Dünya

Məscid partladılıb: 5 yaralı var

Məscid partladılıb: 5 yaralı var

İsveçin Eskilstuna şəhərində naməlum şəxs məsciddə yanğın törədib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Expressen nəşri məlumat yayıb.

Məlumata görə, insident İsveçdə miqrasiya ilə bağlı gərgin diskussiyalar fonunda baş verib.

Hadisənin baş verdiyi məscidin yaşayış binasının birinci mərtəbəsində yerləşdiyi bildirilir. Yanğın baş verən an məsciddə 20-dək dindar olub.

“Hadisə şahidinin sözlərinə görə, naməlum şəxs binaya yaxınlaşaraq yandırıcı maye ilə dolu əşyanı pəncərədən içəri atıb. Bundan dərhal sonra yanğın başlayıb”, deyə şəhər polisinin mətbuat katibi Lars Fransell bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində, 5 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button