Dünya

Rus təyyarələri İŞİD-i bombaladı

Rus təyyarələri İŞİD-i bombaladı
İraq ordusu İŞİD-ə qarşı Rusiyadan aldığı Su-25 bombardmançı təyyarələrini ilk dəfə olaraq istifadə etməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, təyyarələr Tiqrit səmasından terrorçuların mövqelərini bombardman edib. Havadan əməliyyatlar əsasən Yatrib rayonu üzərində həyata keçirilib.

İraqın \”Əs-Sumariyya\” telekanalının yaydığı xəbərə görə, Su-25 təyyarələrin bombradmanı zamanı terrorçular qaçmağa başlayıb. Lakin ölən və yaralananlar barədə hələlik heç bir məlumat verilmir.

Qeyd edək ki, bir neçə gün əvvəl İraq təhlükəsizlik qüvvələri Tiqrit yaxınlığında hərbi əməliyyatlara başlayıb.

Onu da qeyd edək ki, bu ilin iyun ayında Rusiya İraqa Su-25 bombardmançı təyyarələrini İraqa satmışdı. Təyyarələr məhz İŞİD-ə qarşı mübarizə üçün alınmışdı.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button