Dünya
Barak Obamanın aşpazı işdən çıxdı
Barak Obamanın baş aşpazı Ağ evi tərk edib. ANS PRESS-in məlumatına görə, prezidentin aşpazı Sem Kess altı il Ağ evdə çalşıb.
Kessa ABŞ administrasiyasının başçısının məsləhətçisi vəzifəsində işləyib və ABŞ-da sağlam qidalanmanın təşkili üzrə sistemin təkmilləşdirməsində iştirak edib.
Onun Ağ evdən gedişi gözlənilməz olmayıb. Kessin gedəcəyi hələ ilin əvvəlində elan edilib. Onun bu qərarı ailəvi səbəblərdən verdiyi deyilir. O, bu ilin yayında evlənib və indi Nyu Yorka xanımının evinə köçür.
Lakin, buna baxmayaraq Kess ABŞ-ın birinci xanımı Mişel Obama tərəfindən irəli sürülmüş uşaq piylənməsiylə mübarizə üzrə təşəbbüsün reallaşdırmasında iştirak etməyə davam edəcək.