Dünya

Merin evi atəşə tutuldu

Merin evi atəşə tutulduLvov merinin evi atəşə tutuldu

Naməlum şəxslər dekabrın 26-da axşam Lvov şəhərinin meri Andrey Sadovının evini atəşə tutub.

Virtualaz.org saytı Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna DİN Lvov vilayəti üzrə Baş İdarəsinin mətbuat katibi Svetlana Dobrovolskaya məlumat yayıb.

“Hadisə yerinə xüsusi əməliyyat-istintaq qrupu gedib. İlkin məlumat belədir ki, ölən və ya yaralanan yoxdur. Lakin silahlı insidentin təfərrüatları hələ dəqiq bilinmir” – deyə S.Dobrovolskaya bəyan edib.

Merin evi qumbaraatanlardan atəşə tutulub. Silahlı hücum zamanı A.Sadovı və ailə üzvləri evdə olmayıblar, çünki ailə məzuniyyətdədir.

Yada salaq ki, bu, Lvov merinin başına gələn ikinci belə hadisədir. A.Sadovının evi iyulun 25-nə keçən gecə də “Muxa” qumbaraatanlarından atəşə tutulmuşdu. Həmin silahlı hücumun kimlər tərəfindən təşkil olunduğu bu günə qədər də məlum deyil.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button