Dünya

ABŞ təyyarədaşıyanı… 1 sentə satıldı

ABŞ təyyarədaşıyanı... 1 sentə satıldı
ABŞ Hərbi-Dəniz Qüvvələrinin “USS Ranger” təyyarədaşıyan gəmisi cəmi 1 sentə satılıb.

Virtualaz.org saytı xəbər verir ki, məşhur “Ən yaxşı atıcı”, “Ulduz yolu IV” və s. Hollivud filmlərinə də çəkilən nəhəng təyyarədaşıyan gəmi hərbi-dəniz komandanlığı tərəfindən satılıb.

İndi onu metalloma parçalayacaqlar və Texasa göndərəcəklər. Amerikanın cənub hissəsinə getmək üçün gəmi uzun yol keçməlidir. Gəmi həddən artıq böyük olduğundan Panama kanalından keçə bilməyəcək. Ona görə də Cənubi Amerika qitəsinin ətrafına dolanmaqla Texasa üzəcək. Bu isə azı beş ay vaxt tələb edir.

“USS Ranger” təyyarədaşıyan gəmisi son bir neçə il ərzində metalloma verilən dördüncü belə gəmidir. ABŞ öz Hərbi-Dəniz Qüvvələrini modernləşdirir və təyyarədaşıyanları yeniləyir, tədricən yeni nəsil gəmilər inşa edir.

“USS Ranger” 1957-ci ildə döyüş növbəsinə dayanıb. Gəmi Vyetnam müharibəsində, “Səhrada qasırğa” əməliyyatında iştirak edib və 1993-cü ildə istismardan çıxarılıb.

Hərbçilər uzun müddət ümid edirdilər ki, təyyarədaşıyanı Sakit okeanda ABŞ Hərbi-Dəniz Qüvvələrinin muzeyinə çevirmək mümkün olacaq. Lakin bu planı reallaşdırmaq mümkün olmayıb – təşəbbüs qrupu cəmi 100 min dollar toplaya bilib. Gəmini muzeyə çevirmək üçün isə 35 milyon dollar lazımdır.

Ona görə də gəmi 8 il idi Vaşinqton ştatında, Bremerton hərbi-dəniz bazasında dayanmışdı. Nəhayət, gəmi bir şirkətə 1 sentə satılıb. Müqavilə şərtlərinə görə, həmin şirkət gəminin Texasa aparılması, orada metalloma çevrilməsini maliyyələşdirəcək, əldə olunan metalı satacaq.

Donanma komandanlığı bildirir ki, nəhəng gəminin şirkətə satış qiymətinin 1 sent müəyyən edilməsi həmin şirkətin gəminin Texasa aparılması və doğranması xərclərini, metal satışından əldə edəcəyi gəlirlə bağlıdır. Belə ki, şirkət gəmini metallom kimi satmaqdan əldə edəcəyi gəlirlə onun Texasa aparılması və doğranması xərclərini güclə qarşılayacaq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button