Dünya

Ərbil türkü İŞİD-in son durumundan danışdı

Ərbil türkü İŞİD-in son durumundan danışdı
“Ərbildə sabitlikdir və heç bir gərginlik müşahidə edilmir. Peşmərgə qüvvələri təhlükəsizliyi yüksək səviyyədə təmin edir. Eyni vəziyyət Kərkük şəhərində də bərpa edilib. Ordu terrorçu qüvvələri Kərkükdən çıxara bilib. Amma Mosul terrorçu qrupların nəzarətindədir”.

Bu sözləri Axar.az-a Şimali İraqda fəaliyyət göstərən Türkmən Dirçəliş Partiyasının Mərkəzi təşkilatının üzvü Riyaz Dəmirçi deyib. Onun sözlərinə görə, peşmərgə ilə yanaşı mərkəzi Bağdad hökumətinin ordusu da “İslam dövləti” qüvvələrinə qarşı savaşır.

R.Dəmirçi ümid edir ki, yaxın vaxtlarda Mosul da İŞİD-dən təmizlənəcək:

“Allahın izni ilə yaxın zamanda ordu Mosulu da azad edəcək. Artıq İŞİD bitmək üzrədir. Onların əvvəlki gücü qalmayıb. Mosul əhalisinin nə vəziyyətdə olduğunu tam dəqiqliyi ilə bilmirik. Ancaq onların indiki şəraiti çox pisdir. Ən əsası da insanlar üçün iş yoxdur. Şəhərlərdən köçənlər daha çox Ərbil və Dohakda yerləşiblər. Mosuldan, Telafərdən gələnlər var”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button