Dünya

Helikopter qəzası: 5 ölü

Helikopter qəzası: 5 ölü
Braziliyada helikopter qəzası bir ailənin həyatına son qoyub.

ANS PRESS-in məlumatına görə, Braziliyanın cənub-şərqində helikopterin qəzaya uğraması nəticədə 5 nəfər dünyasını dəyişib.

Helikopter San Paulu ştatının Bertioqa şəhəri yaxınlığında yerə düşdükdən sonra dərhal alışaraq yanıb.

Qəza nəticəsində helikopterin içərisində olan bir cütlük, onların azyaşlı qızı, uşağın dayəsi və pilot yanaraq can verib.

Qəzanın baş verməsinə nəyin səbəb olduğu barədə təfərrüatlar açıqlanmayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button