Dünya
İŞİD İran generalını öldürdü – FOTO
Generalın cənazəsi sabah Tehrana, radan isə doğulduğu Ahvaza aparılacaq.
İraqda iranlı general qətlə yetirilib.
Savash.org Lent.Az-a istinadən xəbər verir ki, İran İnqilabı Mühafizə Korpusunun yüksək rütbəli hərbçisi, general Həmid Takavi Bağdadın şimalındakı Samarra şəhərinə öldürülüb.
İraq ordusuna yardım etmək üçün bu ölkəyə gələn və İŞİDlə danışıqlar aparmağa cəhd edən generalın hansı şəraitdə öldürüldüyü bildirilməsə də, onun məhz İŞİD silahlıları tərəfindən vurulduğu bildirilir.
Məlumata görə, Takavi İran-İraq müharibəsində də iştirak edəb və İranın \”Ramazan\” qərargahının rəislərindən olub. İranlı generalın cənazəsi sabah Tehrana, oradan isə doğulduğu Ahvaza aparılacaq.