Dünya

Kürdlər Türkiyəni qarışdırdı, ölənlər var – (Video)

Kürdlər Türkiyəni qarışdırdı, ölənlər var - (Video)Türkiyədə yenidən toqquşmalar baş verdi. Amma bu dəfə vəziyyət əvvəlkilərdən daha ciddi oldu.

Şirnak vilayətinin Cizrə əyalətində PKK-çılarla Hür Dava Partiyasının kürd fəalları arasında baş verən toqquşmalarda silahlar da işə düşdü. Gələn xəbərlərdən ölənlərin olduğu məlumdur.
Cizrə əyalətində PKK-çılarla Hür Dava Partiyasının kürd fəalları arasında başlanan mübahisə qısa zamanda kütləvi qarşıdurmaya çevrilib. Hər iki qrupun tərəfdarlarının qarşıdurmaya müdaxilə etməsi ilə toqquşmalar daha da şiddətlənib.
Silahlı toqquşmada Hür Dava Partiyasının rəhbərlərindən olan 65 yaşlı Abdulla Deniz və PKK əlaqəli digər təşkilatın 19 yaşlı üzvü həlak olub. Yaralanan çox sayda insan ağır vəziyyətdə yaxınlıqdakı 3 xəstəxanaya yerləşdirilib. Vəziyyət yalnız polis əraziyə cəlb edildikdən sonra nəzarətə götürülüb. Şırnak valiliyinin məlumatına görə, yerdə zirehli texnikalar, havada isə helikopterlər əraziyə nəzarət edir.
İki kürd təşkilatı arasında baş verən hadisəyə Türkiyənin baş naziri Əhməd Davudoğlu münasibət bildirib. O, bu hadisələrin bir təxribat nəticəsində baş verdiyini və dövlətin bunun qarşısını almaq üçün əlindən gələni edəcəyini açıqlayıb. Davudoğlu həmçinin bölgə sakinlərini sakitliyi qorumağa çağırıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button