Dünya

Yoxa çıxan İndoneziya təyyarəsinə aid hissələr aşkarlandı

Yoxa çıxan İndoneziya təyyarəsinə aid hissələr aşkarlandı

“AirAsia Indonesia” aviaşirkətinin yoxa çıxan təyyarəsinə aid ola biləcəyi güman edilən hissələr aşkarlanıb.

APA-nın xəbərinə görə, bu barədə İndoneziya Milli Xilasetmə Mərkəzinin sözçüsü Yusuf Lətif bildirib.

Onun sözlərinə görə, İndoneziya hərbi hava qüvvələri Borneo adası yaxınlığında, Panqkalan Bunun cənubunda sahildən 170 km məsafədə ağ, qırmızı, qara rəngli müxtəlif hissələr, o cümlədən xilasetmə jileti tapıblar. İndoneziyalı rəsmi həmin əraziyə əlavə qüvvələrin göndəriləcəyini bildirib: “Bu çox vacib tapıntıdır. Lakin biz araşdırma tamamlanana qədər nəyisə təsdiqləyə bilmərik”.

Xatırladaq ki, İndoneziyanın Surabai şəhərindən Sinqapura uçan “AirAsia Indonesia” aviaşirkətinə məxsus təyyarə dekabrın 28-də radarlardan itib. Təyyarədə 17-si uşaq olmaqla, 155 sərnişin və 7 ekipaj üzvü olub.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button