Dünya

Tetçerin Qorbaçov və arvadı haqda Reyqana yazdıqları üzə çıxdı

Tetçerin Qorbaçov və arvadı haqda Reyqana yazdıqları üzə çıxdı
Böyük Britaniya Milli Arxivinin bu gün açıqlanan məxfi sənədləri bu ölkənin sabiq baş naziri Marqaret Tetçerlə SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun tanışlıq tarixçəsinə işıq salıb.

APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, Qorbaçov Böyük Britaniyaya ilk dəfə 1984-cü ildə – Sov. İKP MK-nın baş katibi olmazdan dörd ay əvvəl səyahət edib. Tetçer ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqana məktubunda Qorbaçovu gülərüz, xoşagələn və yumor hissinə malik şəxs kimi xarakterizə edib: “O, özünü kifayət qədər açıq və başa düşən kimi aparır. Əminəm ki, onunla iş görmək olar. O, sözün əsl mənasında mənim xoşuma gəldi”.

Xanım baş nazir kövrək qeydlərinə həmsöhbətinin reaksiyasını da təsvir edib: “Aydın şəkildə göründü ki, məndən Sovet İttifaqında insan haqlarının durumuna dair suallar gözləmirdi”. Açıqlanan sənədlərdə Mixail Qorbaçovun xanımı Raisa Qorbaçovaya da dair məlumatlar yer alıb. Belə ki, səfər zamanı R.Qorbaçova ölkənin ən yaxşı zərgərlik mağazalarından birinə daxil olaraq, brilyant və yaqutla bəzədilmiş qızıl sırğalar alıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button