Dünya

Müxalifətdəki İslam partiyasına qarşı seks videosu

Müxalifətdəki İslam partiyasına qarşı seks videosu
Tacikistanda növbəti seks videosu qalmaqalı baş verib. Müxalifət İslam Dirçəliş Partiyasnını (İDP) hədəfə alan videoda iddia olunur ki, epizodların birindəki cinsi əlaqə görüntülərinin iştirakçısı İDP-nin qadın fəallarından olan 51 yaşlı Galati Barotovadır.

Noyabrın 19-da YouTube saytında yayılan 6 dəqiqəlik video əsasən orta yaşlı qadınla nisbətən gənc bir kişinin imtim yaxınlığından ibarət görüntülərdir. Kadrarxası qadın səsi isə izah edir ki, görüntülərdəki Galati Barotova və onun gənc məşuqudur (videoun hazırlayanlar tanınmamaq üçün kişinin üzünü bağlayıblar).

Videodakı səs eyham vurur ki, İDP-nin rəhbərliyində qadının əxlaqsızlığından xəbərdar olanlar var, lakin bu fakta göz yumaraq Barotovaya fevralda keçiriləcək seçkilərdə partiyanı təmsil etmək imkanı vəd edilib.

Artıq 12 nəvəsi olan çoxuşaqlı G.Barotova isə videonu təxribat adlandırır və deyir ki, seks səhnələrindəki qadın o deyil. Onun sözlərinə görə, bədənində əməliyytalardan qalma çoxlu çapıqlar mövcuddur ki, videodakı yaşca ondan xeyli cavan görünən qadında həmin nişanələr yoxdur. Barotova əlavə edir ki, İslam Dirçəliş Partiyasının qadın üzvləri artıq bunu yoxlayıb və görüntülərin ona heç bir aidiyyətinin olmadığına əmin olublar.

İDP G.Barotovanı dəstəkləyərək videonu kəskin şəkildə pisləyir, bunu parlament seçkiləri ərəfəsi partiyanı gözdən salmaq cəhdi kimi qiymətləndirir.

Tacikistanda seks videoları artıq ənənə şəklini alır və əsasən dindaları hədəf götürür. Səs-küy doğuran qalmaqallardan biri Düşənbə imamının mobil telefonunu itirəndən sonra baş vermişdi. Onun telefonunu tapanlar imamın özünü çəkdiyi seks səhnələrini internetdə paylaşmışdılar. Bir başqa videoda isə Düşənbə mollası sonsuzluğun müalicəsi adı altında yad qadınla yaxınlıq edirdi.

Bundan başqa Tacikistandan bir sıra İslam xadimləri seksual cinayətlər ittihamı ilə həbs olunublar.

Tacikistan İslam Dirçəliş Partiyası Orta Asiyada rəsmi qeydiyyatdan keçmiş yeganə dini partiyadır, Tacikistan parlamentində 2 deputatla təmsil olunub. Qanunverici orqanda mütləq çoxluq isə prezident İmomali Rahmonovun hakim Xalq Demokrat Partiyasına məxsusdur. 2015-ci ilin fevralında ölkədə yeni parlament seçkiləri keçiriləcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button