Dünya
İsraildən İŞİD əməliyyatı: üç fələstinli tutuldu
İsrail təhlükəsizlik qüvvələri İŞİD-ə qarşı əməliyyatı həyata keçirib.
Axar.az xəbər verir ki, “İslam dövləti” terror təşkilatının üzvü olmaqda şübhəli bilinən üç fələstinli Qərbi Şəriyə bölgəsində həbs edilib. İsrailin hərbi radiosu rəsmi məlumatında fələstinli İŞİD üzvlərinin ölkəyə hücum planlaşdırmaq niyyətində olduqlarını qeyd edib.
Rəsmi xəbərdə deyilir ki, fələstinli gənclər İsrail əsgərinə qarşı silahlı hücumlar etmək istəyini etiraf ediblər.
Fələstin Əsirlər Cəmiyyətinin statistikasına görə, İsrail həbsxanalarında 7 mindən çox fələstinli dustaq var.