Dünya

Liviyada neft tankeri bombalandı

Liviyada neft tankeri bombalandı

Naməlum hərbi təyyarə Liviya limanında neftlə dolu tankerə zərbə endirib.

Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, nəticədə iki nəfər həlak olub, iki nəfər heyət üzvü yaralanıb.

Məlumata görə, bomba zərbəsinə məruz qalan gəmi Yunanıstanın “Aegean Shipping Management” şirkətinə məxsus olan və Liberiya bayrağı altında üzən “ARAEVO” tankeridir. Tanker Derna limanında lövbər salıbmış və göyərtəsində 26 heyət üzvü, 12 min 600 ton xam neft olub.

“Libiya Herald” xəbər verir ki, zərbə bazar günü yanvarın 4-də, yerli vaxtla saat 13:30-da endirilib. Həlak olanlardan biri Yunanıstan, digəri Rumıniya vətəndaşıdır. Yaralananlar isə filippinlilərdir. Təyyarədən atılan bomba gəmini zədələsə də neft dağılmayıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button