Ebru Gündəş boşanır (FOTO)
Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş əri Rza Zərrabdan boşanacaq.
ANS PRESS-in məlumatına görə, bir TV kanalında yayımlanan maqazin proqramında şok iddia ortaya atılıb.
Proqramda Ebru Gündeşin \”17 dekabr əməliyyatlar\”ı zamanı həbs edilən və sonradan azadlığa buraxılan həyat yoldaşı ilə arasının dəydiyi deyilib.
İddialara görə, Ebru Gündeş Rza Zərrabın səs yazıları ortaya çıxandan dərhal sonra boşanmaq istəyib. Ancaq Rza Ebru Gündeşi uşağı ilə təhdid edib.
Bu iddiaların ortaya atılmasının ardından Ebru Gündeş İnstagram hesabından foto paylaşıb. Müğənninin bu şəkillə hadisələrin gerçək olduğuna işarə etdiyi deyilir.
Qeyd edək ki, müğənninin həyat yoldaşı Rza Zərrab rüşvət və korrupsiya əməliyyatı çərçivəsində həbs edilmişdi. Daha sonradan azadlığa buraxılan iş adamının günahsız olduğu məlum olub.