Dünya

MDB dağılmağa başladı: Ukrayna qurumdan çıxır

MDB dağılmağa başladı: Ukrayna qurumdan çıxır
Mayın 2-də Ukrayna Təhlükəsizlik şurasının iclasında ölkənin MDB koordinasiya orqanlarında iştirakının dayandırılması haqqında qərar qəbul olunub.
Bu barədə “Ren TV” məlumat yayıb.

Məlumata görə, ölkənin prezidenti Pyotr Poroşenko XİN rəhbərinə Ukrayna nümayəndələrinin MBD orqanlarından geri çağırılması haqqında sənəd hazırlamağı tapşırıb.

“XİN bu və ya digər müqavilələrdə iştirakı davam etdirməyin məqsədyönlüyünü təhlil edib və hökuməti bu barədə məlumatlandırıb.

Biz bu istiqamətdə hökumətin mövqeyini çox diqqətli şəkildə formalaşdıracağıq. Habelə Ukrayna bundan sonra MDB-nin heç bir koordinasiya orqanlarında iştirak etməyəcək”, deyə Poroşenko bildirib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button