Dünya

Paşinyan tərəfdarlarını yenidən kütləvi aksiyalara çağırdı

Paşinyan tərəfdarlarını yenidən kütləvi aksiyalara çağırdı
Erməni etiraz hərəkatının lideri Nikol Paşinyan öz tərəfdarlarını, parlamentin 8 mayda onu hökumət başçısı seçməyəcəyi təqdirdə kütləvi vətəndaş itaətsizliyi aksiyalarına hazır olmağa çağırıb.

Bu barədə “İnterfaks” xəbər yayıb.

\”Biz seçilmə faktını qeyd etməyincə, sakit ola bilmərik. Ayrı-ayrı müxalif güclərin seçki prosesinə mümkün müdaxiləsi ilə bağlı aktivləşməsi barədə müxtəlif informasiyalar gəlir. Biz bütün bunları yoxlayırıq. Əksinqilab yatmır\”, – deyə Paşinyan öz “feysbuk” səhifəsində-birbaşa yayımda bəyan edib.

Onun sözlərinə görə, səsvermə prosesini pozmaq üçün istənilən cəhd \”onların təşkilatçıları üçün siyasi ölümə çevriləcək\”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button